Delft— (nid. Delft) Hollandiyada yerləşən bir şəhər və bələdiyədir. Əhalisi (may 2013-cü il əhalisinin təxmininə görə) 98727 nəfərdir.Şimal dənizi sahilindən 10 km məsafədə, Sxi çayı sahilində, Haaqa və Rotterdam şəhərləri arasında yerləşir. Rotterdam–Haaqa–Amsterdam avtomobil və Rotterdam–Leyden–Amsterdam dəmiryol magistralları Delftdən keçir.[2]
Şəhər | |
Delft | |
---|---|
Delft | |
52°00′42″ şm. e. 4°21′33″ ş. u.HGYO | |
Ölkə | Niderland |
Region | [[Cənubi Hollandiya]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1246 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 0 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 2600–2629 |
Digər | |
delft.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsası 11 əsrdə qoyulmuşdur. 1246 ildə şəhər statusunu almışdır. 13–14 əsrlərdə mahud və pivə istehsalına görə şəhərin iqtisadiyyatı yüksəlmişdi. 1389-cu ildə Delft məhsullarının ixracı üçün Maas çayının mənsəbindəki Delftxaven portu ilə kanallar vasitəsilə birləşdirilmişdi. 1428-ci ildən (faktiki olaraq 1433-cü ildən) 1477-ci ilədək Burqundiya hersoqlarına (bax Burqundiya hersoqluğu), 1477-ci ildən (qəti olaraq 1482 ildən) Habsburqlara məxsus olmuşdur; Hollandiya əyalətinin iri və iqtisadi cəhətdən inkişaf etmiş şəhərlərindən biri idi.[2]
1512-ci ildən Müqəddəs Roma imperiyasının tərkibində olmuşdur. 1536-ci ildə baş vermiş yanğın nəticəsində dağıntılara məruz qalmışdır. Niderland inqilabı (16 əsr) zamanı İspaniya ilə mübarizədə mühüm rol oynamışdır. 1579-cu il Utrext uniyasına əsasən Birləşmiş əyalətlər respublikasının tərkibinə keçmişdir. Saxsı istehsalı və Hollandiya Ost-Hind şirkəti palatasının fəaliyyəti 17-ci əsrdə Delftin iqtisadi inkişafına səbəb oldu. 16-cı əsrdən başlıca ixtisaslaşmış sahə keramika istehsalı idi, 17-ci əsrdə Delftin saxsı məmulatların (30-dan çox manufaktura fəaliyyət göstərirdi) hazırlanması üzrə Avropanın aparıcı mərkəzinə çevrildi. 1654-cü ildə Birləşmiş əyalətlərin Delftdə yerləşən əsas arsenalında baş vermiş partlayış şəhərin orta əsrlərə aid hissəsini dağıtdı.[2]
18-ci əsrin sonlarından ingilis çinisi (basma şəkilli) ilə rəqabət apara bilmədiyindən istehsalın tənəzzülü başlandı. Sahənin dirçəlişi 1876-cı ildə keramikanın seriyalı istehsalı ilə bağlı idi.1795-ci ildə Delft fransızlar tərəfindən tutularaq Bataviya respublikasına daxil edildi;1806–1810 illərdə Hollandiya krallığına,1810–1813-cü illərdə Fransa imperiyasına qatıldı. 1814-cü ildən Niderland krallığının Hollandiya əyalətinin (1840-cı ildən Cənubi Hollandiya) tərkibindədir. İkinci dünya müharibəsi illərində Almaniya tərəfindən işğal edilmişdi (1940–1945).[2]
Delft kanalları və orta əsr tikililəri ilə özünün qədim “suda şəhər” görünüşünü saxlamışdır. Aude-Delft kanalı sahilində Brabant qotikası üslubunda Aude-kerk (Qədim kilsə, 13–16-cı əsrlər) kilsəsi, keçmiş monastır (təqr. 1400; 1948-ci ildən “Prin-senhof” şəhər muzeyi, Delft məktəbinin boyakarlıq kolleksiyası), fasadları 16–18-ci əsrlərə aid evlər yerləşir. “Nyive-kerk" (Yeni kilsə, inşasına 14 əsrin sonundan başlanılmışdı, son qotika üslubunda), qotik qülləli Ratuşa (1619–1620, X. de Keyser,son İntibah üslubunda) Markt meydanındadır.[2]
Şərq qapısı (təqr. 1400, 16-cı əsrdə yenidən tikilmişdir), yerli özünüidarə binası (təqr. 1530), “Ost-Hind evi” (17–18-ci əsrin əvvəlləri) şəhərin diqqətəlayiq abidələridir. H. Qrotsiyə (1886, heykəltaraş F.L. Strakke), Q. van Ostenə (1958; heykəltaraş A. Teuvisse) abidələr qoyulmuşdur.[2]
Şəhərdə L. van Mertenin evi (1909-cu ildə yaradılmışdır; tətbiqi sənət, o cümlədən Delft saxsısı kolleksiyası), Hərbi muzey (17-ci əsrə aid arsenalın binasında),19-cu əsr rəssamı P. Tetar van Elvenin muzeyi və s., teatr fəaliyyət göstərir. 1987-ci il -dən teatr festivalı keçirilir.[2]
Texniki Universitet (1842 -ci ildə yaradılmışdır; binaları 1950–1960-cı illər; auditoriyalar korpusu 1961–1962-ci illər; memarlar Y.X.van den Bruk və Y.B. Bakema) Niderlandın aparıcı ali texnoloji təhsil müəssisəsidir.[2]
Ən iri elmi tədqiqat müəssisələri – mikrooptika (Texniki Universitetinin nəzdində), radiolokasiya və telekommunikasiya beynəlxalq tədqiqat mərkəzləridir.[2][3]
Şəhər iqtisadiyyatının ən mühüm sektoru xidmət sferasıdır (20-ci əsrin ortalarından sürətlə inkişaf edir; əsasən, işgüzar və peşəkar xidmətlər, elm və təhsil). Delftdə “Delft Instruments Group B.V.” holdinqinin mənzil-iqamətgahı, “Exact Soft -ware” şirkətinin (informasiya texnologiyaları), “Enraf Nonius” firmasının (fizioterapiya və reabilitasiya üçün innovasiya avadanlıqları; “Enraf B.V.”korporasiyasına daxildir) mərkəzi ofisləri yerləşir. “Arda Holding Delft B.V.”ölkədə ən iri investisiya şirkətlərindəndir.[3]
Şəhər inkişaf etmiş turizm infrastrukturuna malikdir. Sənayenin aparıcı sahəsi maşınqayırmadır, xüsusən onun elm -tutumlu və yüksəktexnologiyalı yarım -sahələri. Optika sənayesi ənənəvi olaraq inkişafdadır (17-ci əsrdən): “Delft Instruments Electro Optics”, “Delft ElectronicProducts” və “Delft Sensor Systems”(“Delft Instru ments Group B.V.” holdinqinə daxildir) firmalarının zavodları gecəgörmə cihazları, durbinlər, mikroskoplar və s. istehsal edir. Nəzarət-ölçmə və radioelektronika cihazları, proqram təminatı sistemləri (“Enraf B.V.” müəssisələri), kabel, polad konstruksiyalar(“Octatube” firması) və s. istehsal olunur.[3]
Delftin müasir çini-saxsı sənayesi müəssisələri arasında “De Porce ley ne Fles”Kral saxsı zavodu da (1650-ci illərdən qalan yeganə zavod) fəaliyyət göstərir. Kimya sənayesi lak-boya məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Yeyinti, tikiş, poliqrafiya sahələri müəssisələri var. Yaxınlığında kaolin çıxarılır.[3]
Şəhər mərkəzində hələ də çox sayda qədim binalar var. Şəhər küçələrinin əksəriyyəti kanal tərəfindədir.Kanalın hər iki tərəfindəki küçələr kanal körpüləri ilə bir-birinə bağlıdır. Şəhərin bu özəlliyi bir çox turisti cəlb etməkdədir.