Yanq di-Pertuan Aqonq — Malayziyanın ali seçkili monarxının titulu. Bu vəzifə Malaya Federasiyası Böyük Britaniyadan müstəqilliyini əldə etdikdən sonra 1957-ci ildə yaradılıb. Malayziya konstitusiyalı monarxiyadır. Yanq di-Pertuan Aqonq dünyada bir neçə seçilmiş monarxlardan biridir. Yanq di-Pertuan Aqonqun xanımı Raja Permaisuri Agong adlandırılır.
Yanq di-Pertuan Aqonq | |
---|---|
Yang di-Pertuan Agong | |
| |
Vəzifədədir Ibrahim Iskandar 31 yanvar 2024-cu ildən | |
Başçılıq edir | Malayziya |
Müraciət forması | Əlahəzrət |
Rəsmi iqamətgahı | İstana Neqara, Kuala-Lumpur |
Səlahiyyət müddəti | 5 il |
Vəzifənin təsis tarixi | 31 avqust 1957 |
Vəzifədə birinci | Tuanku Əbdül Rəhman |
Rəsmi saytı | istananegara.gov.my |
Malayziyanın konstitusiyalı monarxiyasında, Yan di-Pertuan Aqonq Konstitusiya çərçivəsində geniş səlahiyyətlərə malikdir. Konstitusiyada göstərilir ki, Federal hökumətin icraedici hakimiyyəti Yanq di-Pertuan Aqonqa məxsusdur və Nazirlər Kabineti Şurasının məsləhətinə uyğun olaraq onun tərəfindən həyata keçirilir. Malayziyanın baş naziri parlamentin üzvləri arasından Yanq di-Pertuan Aqonq tərəfindən təyin edilir. İqamətgah Kuala Lumpurun şimalında yerləşən İstana Neqara sarayıdır.
16-cı və hal-hazırkı Yanq di-Pertuan Aqonq Ibrahim Iskandar, vəzifəsinin icrasına 31 yanvar 2024-cu ildə başlayıb.
Nöm. | Ad | Ştat | Hakimiyyət | Doğum | Ölüm |
---|---|---|---|---|---|
1. | Tuanku Əbdül Rəhman | Neqeri Sembilan | 31 avqust 1957 – 1 aprel 1960 | 24 avqust 1895 | 1 aprel 1960 |
2. | Sultan Hisamuddin Ələm Şah | Selanqor | 14 aprel 1960 – 1 sentyabr 1960 | 13 may 1898 | 1 sentyabr 1960 |
3. | Raci Sayed Putra | Perlis | 21 sentyabr 1960 – 20 sentyabr 1965 | 25 noyabr 1920 | 16 aprel 2000 |
4. | Sultan Nəsirəddin Şah İsmayıl | Trenqanu | 21 sentyabr 1965 – 20 sentyabr 1970 | 24 yanvar 1907 | 20 sentyabr 1979 |
5. | Tuanku Abdul Halim Muadzam Şah | Kedah | 21 sentyabr 1970 – 20 sentyabr 1975 | 28 noyabr 1927 | 11 sentyabr 2017 |
6. | Sultan Yəhya Petra | Kelantan | 21 sentyabr 1975 – 29 mart 1979 | 10 dekabr 1917 | 29 mart 1979 |
7. | Sultan Hacı Əhməd Şah Al-Mustain Billah | Pahanq | 26 aprel 1979 – 25 aprel 1984 | 24 oktyabr 1930 | |
8. | Sultan İsgəndər | Cohor | 26 aprel 1984 – 25 aprel 1989 | 8 aprel 1932 | 22 yanvar 2010 |
9. | Sultan Azlan Muhibbuddin Şah | Perak | 26 aprel 1989 – 25 aprel 1994 | 19 aprel 1928 | 28 may 2014 |
10. | Tuanku Cəfər | Neqeri Sembilan | 26 aprel 1994 – 25 aprel 1999 | 19 İyul 1922 | 27 dekabr 2008 |
11. | Sultan Salahuddin Əbd Əl-əziz Shah | Selanqor | 26 aprel 1999 – 21 noyabr 2001 | 8 mart 1926 | 21 noyabr 2001 |
12. | Raci Sayed Siracuddin | Perlis | 13 dekabr 2001 – 12 dekabr 2006 | 17 may 1943 | |
13. | Sultan Mizan Zaynal Abidin | Trenqanu | 13 dekabr 2006 – 12 dekabr 2011 | 22 yanvar 1962 | |
14. | Tuanku Abdul Halim Muadzam Şah | Kedah | 13 dekabr 2011 – 12 dekabr 2016 | 28 noyabr 1927 | 11 sentyabr 2017 |
15. | V Məhəmməd | Kelantan | 13 dekabr 2016 – 6 yanvar 2019 | 6 oktyabr 1969 | |
16. | Abdulla | Pahanq | 31 yanvar 2019 – 30 yanvar 2024 | 30 iyul 1959 | |
17. | Ibrahim Iskandar | Cohor | 31 yanvar 2024 – hazırda | 22 noyabr 1958 |