Yaponiya nəhəng eşşəkarısı (Vespa mandarinia japonica) dünyanın ən böyük eşşəkarısı olan Asya nəhən eşşəkarısının (V. mandarinia) yarımnövüdür. Yetginliyə çatdıqlarında uzunluğu 4,5 sm-dən və qənəd açıqlığı 6 sm-dən çox olur. Böyük gözləri olan iri sarı başı, tünd qəhvəyi rəngli thorax (sinə) və sarı-qəhvəyi çizgili qarnı vardır. Başının üstündə iki gözün arasında əlavə üç ədəd kiçik sadə gözə sahibdir. Adından da məlum olduğu kimi bu növ yanlızca Yaponiya adalarına endemikdir. Kənd ərazilərində ağac oyuqlarında yuva qururlar.[2] Yaponiyada ōsuzumebachi (オオスズメバチ(大雀蜂、大胡蜂) adı ilə bilinir ki, hərfi tərcümədə "böyük sərçə arısı" deməkdir
Yaponiya nəhəng eşşəkarısı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Dəstə: ???: Yaponiya nəhəng eşşəkarısı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
İşcilər süfrəni qidalandırmaq üçün yem axtarar. Onların qidası həşəratın müxtəlif növlərindən, o cümlədən bitki zərərvericilərindən ibarətdir və bu səbəbə görə eşşək arıları faydalı hesab olunur. İşcilər şikarının bədənini yalınızca uçuş əzələləri kimi qida cəhətdən zəngin olan parçaları yuvaya apardıqları üçün qalan hissələri atırlar. Yuvada işcilər süfrəni qidalandırmadan əvvəl gətirdikləri qida parçalarını çeynəyib onu xüsusi bir mayeyə çevirirlər. Bu maye vespa amin turşusu qarışığı (VAAM) olaraq bilinir. Sintetik VAAM insan qidasına əlavə olunması üçün süni olaraq istehsal olunur və atletik performansı artırdığı iddia edilir.[3] Yapon dağlıq kəndlərdə eşşəkarısı qızartması bir növ "lətafətlilik" olaraq qəbul olunur.
Yaponyada arıçılar Yaponyanın endemik bal arılarından daha produktiv olduqları üçün Avrupa bal arılarını saxlamağa üstünlük verirlər. Ancaq, Yaponiya nəhəng eşşək arılarının yuvaya zərər verməsinə görə Avrupa bal arıları olan yuvanı qorumaq çətin ola bilir. Bir kəşfiyyatçı Yaponiya nəhəng eşşəkarısı Avrupa bal arısı yuvasını müəyyənləşdirdikdən sonra digər fərdləri oraya çəkməsi üçün oraya fermon buraxır. Tək bir Yaponiya eşşəkarısı dəqiqə başına qırx bal arısını öldürə bilir, 30 fərddən ibarət bir qrup isə dörd saatdan qıssa bir müddətə 30000 bal arısı olan yuvanı məhv edə bilir.[4] Eşşəkarısı bal arısını öldürüb ətraflarını təmizlər və yuvaya aparacağı thorax hissəsini saxlayır. Bal və arı süfrəsi də həmçinin yuvaya eşşəkarısı süfrələrinin qidalandırılması üçün aparılır.
Avropa bal arılarının əksinə yapon bal arıları yapon eşşəkarılarına qarşı müdafiyəyə sahibdirlər. Eşşəkarısı yuvaya fermon buraxmaq üçün yaxınlaşdığında işci arılar yuvaya geri çəkilir və kəşfiyyatçı eşşəkarısının yuvaya girməsinə imkan verirlər. Sonra arılar gizləndiyi yerdən çıxıb 500 fərddən təşgil olunmuş bulud formasında eşşəkarısının üzərinə cumurlar.[2] Basqınçı eşşəkarısının ətrafında sıxı topa yaradırlar, güclü qənəd vibrasiyası ilə əzələləri isinir və istiliyi mərkəzə doğru verməyə başlayan konveksiya sobası kimi hərəkət edirlər. Bu vaxt topanın daxilində temperatur 47 °C-yə qədər çatır. Bundan əlavə, arıların aktivliyi topa içərisində karbon dioksid konsentrasiyasını artırır. Karbon dioksid konsentrasiyası artdıqca, eşşəkarısının istiliyə davamlılığı azalır, nəticədə də bu artan temperaturun ölümcül olmasına səbəb olur.[5]
Yaponya nəhəng eşşəkarısı narahat edildiyində xeyli aqressiv ola bilir. Onun zəhəri 6.25 mm-lik iynə tərəfindən injeksiya edilir, zəhər bir başa sinir-sisteminə təsir göstərir və qurbanın toxumalarına zərər verir.[6] Sancmasının qüvvəsi səbəbi ilə çoxlu miqdarda zəhər injeksiya edilir, son dərəcə ağrılıdır və hospitalizasiyaya ehtiyac ola bilər. Asya nəhəng eşşəkarısının sancması allerqiyası olan insanlarda anafilaktik şoka səbəb ola bilər, ancaq dozun çox olduğu zaman alerqiyası olmayan insanlarda belə ölümcül ola bilər. Çində, bu arıların yaşadığı bölgələrdə ənənəvi düşüncəyə görə 10 dəfə sancılan adama tibbi müdaxilə lazımdır və təcili tibbi yardım isə 30 dəfə sancılan adam lazımdır. Sancmalar həmçinin böyrək çatışmazlığına[7] da səbəb ola bilər. Yaponiyada dörd adadamdan üçü hər il arı və eşşəkarısı (Yaponiya nəhən eşşəkarısı da daxil olmaqla) sancmasından həyatını itirir.[2][8]