Yaqub Rzayev (komandir)

Yaqub Ələsgər oğlu Rzayev (4 oktyabr 1944, Çuxurməhlə, Ağdam rayonu16 iyul 1993, Bakı) — Birinci Qarabağ müharibəsi iştirakçısı. "Qarabağ şahinləri" batalyonunun komandiri.

Yaqub Rzayev
Yaqub Ələsgər oğlu Rzayev
Şəxsi məlumatlar
Digər adları "Qatır Məmməd"
"Ala Yaqub"
Doğum tarixi
Doğum yeri Çuxurməhlə, Xıdırlı sovetliyi, Ağdam rayonu, Azərbaycan SSR
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı (mübahisəli)
Dəfn yeri Ağdam Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Canpolad Rzayev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1991–1993
Döyüşlər Birinci Qarabağ müharibəsi

Qatır MəmmədAla Yaqub ləqəbləri ilə də tanınıb.[1]

Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atasıdır.[2]

Yaqub Ələsgər oğlu Rzayev 4 oktyabr 1944-cü ildə Ağdam rayonu Xıdırlı sovetliyinin Çuxurməhlə kəndində anadan olmuşdur. Orta təhsilini Əhmədavar kənd orta məktəbində almışdır. Sənətkar idi, qəbir daşları yonmaqla ailəsini dolandırırdı. Evli idi, iki oğlu və iki qızı var idi. Yaqub Rzayev 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatına ilk qoşulanlardandır. Artıq 1991-ci ildə Qarabağda müharibənin labüd olduğunu hamı başa düşürdü. Yaqub özü kimi qeyrətli, vətənsevər oğulları başına yığaraq iki oğlu ilə bərabər 1991-ci ilin yazında Ağdamda ilk döyüşən dəstələrdən birini "Qarabag şahinlərini" yaradaraq ona başçılıq elədi.[3] O öz dəstəsi ilə Ağdamla Əsgəran arasında strateji cəhətdən ən mühüm ərazini, 19-cu post deyilən ərazini və Ağdamın ən böyük qəbristanlığını "Qaraağacı qəbristanlığını" mərdliklə müdafiə edib qoruyurdu. Yaqubun "Qarabağ şahinləri" ermənilərə qənim kəsildilər, onlara dinclik vermədilər. Qorxmaz və igid komandir Yaquba el arasında Qatır Məmməd ləqəbi verildi. Tezliklə Qatır Məmmədin dəstəsinin şöhrəti bütün respublikaya yayıldı. Respublikanın hər tərəfindən vətənpərvər oğullar Qatır Məmmədin dəstəsinə axışmağa başladılar. 1992-ci ildən bu dəstə böyüyərək əvvəlcə tabur, sonra da alay oldu. Yaqubun başçılıq elədiyi alay Ağdam şəhərinin qorunması ilə bərabər ermənilərin məskunlaşdıqları Əsgəran, Xramort, Naxçıvanik, Pircamal, Aranzəmin, DəhrəzFərrux kəndlərinin azad edilməsində rəşadət göstərmiş və igidliklə döyüşmüşdülər. 1992-ci il fevral ayının 26-dan 27-nə keçən gecə Xocalı soyqırımı zamanı Qatır Məmmədin döyüşçüləri xüsusilə fərqlənmişdilər. Əsgəran istiqamətində mühasirədən çıxmağa çalışan Xocalı əhalisinə birinci olaraq köməyə gələrək onları təqib edən və məhv etməyə çalışan erməni quldurlarını layiqincə qarşılayıb, yüzlərlə erməni məhv etmişdilər. Bu ağır döyüşdə Yaqubun oğlu Canpolad da şəhid oldu.[4] Yaquba oğlunun şəhid olduğunu xəbər verəndə o demişdir: "Burda şəhid olanlar hamısı mənim oğlumdur".[5] Axırıncı xocalılını xilas edənə qədər Yaqub döyüşdən çıxmamışdır. Ölümündən sonra Yaqubun oğlu Canpolad Rzayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. 1992-ci ilin noyabr ayının 24-də Yaqubu iclas adı ilə Bakıya çağıraraq həbs[6] elədilər. 1993-cü il 16 iyul tarixdə Yaqub Rzayev həbsxanada müəmmalı şəkildə dünyasını dəyişdi. Yaqub Rzayev (Qatır Məmməd) qəhrəman oğlu Canpoladla birlikdə Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.

  1. "İşğala bir həftə qalmış — Asəf Quliyev yazır". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
  2. "Cəsur döyüşçü, Qarabağ müharibəsi Şəhidi, Milli Qəhrəman, cəsur komandanın övladı — VİDEO". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
  3. "Azərbaycanın Milli Qəhrəmanı Rzayev Canpolad Yaqub oğlunun 50 illiyi". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
  4. ""Qatir Məmməd" və oğlu Canpolad həmişə döyüşə atılan dəstənin önündə olub". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
  5. ""Xocalı faciəsindən əvvəl Mütəllibova vurulmuş telefonoqramı oxudum"- Gizli məqamlar açıldı". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
  6. "Qəhrəmanlığın yolu". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]