Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir.
Fərrux | |
---|---|
40°00′59″ şm. e. 46°48′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib.
1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.[2]
1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi[3].
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
2022-ci il martın 24-də Azərbaycan ordusunun bölmələri kəndə daxil olublar. Eyni zamanda kəndin erməni əhalisi həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini tərk edib. Ermənistan buna görə Azərbaycanı 10 noyabr razılaşmasını pozmaqda ittiham etsə də, Azərbaycan tərəfi bunu rədd edərək burada mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsinin aparıldığını bildirib.[4]
27 mart tarixində verilən rəsmi məlumata görə Fərrux kəndi 26 mart tarixində Azərbaycan ordusunun tam nəzarəti altına keçib. Həmçinin, ətrafındakı yüksəkliklərin alınması ilə Ağdam şəhəri və rayonun 9 kəndi düşmənin vizual nəzarətindən çıxarılıb, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub.[5][6][7]
Dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin əsasını Farux adlı şəxs qoyduğu üçün belə adlandırılması ehtimal edilir. Kəndin yaxınlığında Farux gölü və Farux yeri adlı obyektlər də qeydə alınmışdır. Oykonim 1907-ci və 1918-ci illərdə fəaliyyət göstərmış müxtəlif millətlərin zəhmətkeşləri arasında beynəlmiləlçiliyi möhkəmləndirmək məqsədi güdən Faruq (hərfi mənası "Ədalət tərəfdarı") sosial-demokrat qrupunun adı ilə də bağlı ola bilər[8].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |