Yarğanotu

Yarğanotu (lat. Thlaspi) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.

Yarğanotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bir və ya çoxillik otlardır. Yarpaqları oval formalı, çiçəkləri ağ, bəzən çəhrayı olur. Meyvəsi buynuzcuqdur, Avropa, AsiyaŞimali Amerikada 70, Azərbaycanda isə 8 növü yayılmışdır. Bunlardan üçü (Th. armenum, Th. szovitsianum, Th. rostratum) Azərbaycan florası üçün endemdir. Bəzi növlərinin (Th. arvense) yarpağında C vitamini olduğu üçün yeyilir.

  • Јарғаноту // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 80.