Yarəli (d. ? – ö. ?) — Quba üsyanının (1837) başçılarından biri. Yarəlinin başçılığı ilə üsyançılar bir neçə dəfə kazak dəstələrini məğlub etmiş və onların bir sıra hissəsini əsir almışdı. 1837-ci il sentyabrın 4-dən 5-nə keçən gecə Qubaya hücum zamanı Yarəlinin başçılığı ilə 600 nəfər şəhərə daxil olmuş, lakin top atəşi ilə qarşılanaraq qızğın döyüşdən sonra geri çəkilmişdi. Üsyan amansızcasına yatırıldı, Yarəli bir dəstə üsyançı ilə dağlara çəkildi.