Yardımçı (tam adı: yardimci.az) — Koronavirus COVID-19 pandemiyasının yayıldığı ilk günlərdə 27 mart 2020 tarixində zərurətdən yaranmış, sosial məsuliyyətlilik çərçivəsində fərdlərin təşəbbüskarlığı ilə ərsəyə gəlmiş xeyriyyəçilik fəaliyyəti məqsədi ilə yaradılmış sosial layihə.[1][2][3][4]
Yardımçı | |
---|---|
| |
URL | yardimci.az |
Kommersiya | Qeyri-kommersiya |
Tipi | Sosial Layihə |
Qeydiyyat | Onlayn |
Dilləri |
Azərbaycanca Rusca İngiliscə |
Proqramlaşdırma dili | PHP, Vue.js. |
Sahibi | İctimai mülkiyyət |
Müəllif (lər) |
Elvin Abbasov Fəxri Ələkbərov |
Açılma tarixi | 1 aprel 2020 ) |
Hazırkı statusu | Fəal |
Şüar | Evdə qal, yardım al! |
Azərbaycan[5] və MDB[6] məkanında yaradılmış ilk tam təkmin onlayn xidmət göstərən xeyriyyə (Yardım) platforması. XI əsrdə ilk dəfə olaraq pandemiya xarakterli Koronavirus xəstəliyi 2019-da yayılması yeni növ xeyriyyə cəmiyyətlərinin, fondların, təşkilatların yaranmasına rəvac verdi. Müasir dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizəyə yeni yanaşma metodları, müasir texnologiyadan istifadə etmək məcburiyyəti yarandı. Bu baxımdan Yardımçı layihəsi MDB və Azərbaycan məkanında ilkə imza ataraq onlayn yardım prosesinə start verdi. Yardımçı layihəsi heç bir fərdin, o cümlədən dövlət və özəl qurumların birbaşa rəhbərliyi altında yaradılmayıb. Koronavirus COVID-19 pandemiyasına qarşı Azərbaycan vətəndaşlarının bir-birinə onlayn yardım göstərməsi məqsədilə yaradılıb. İanələr könüllülük prinsipi əsasında edilir. Maddi maraq və ya korperativ məqsədlər daşımır. Layihənin təşəbbüskarları aidiyyatlı qurumlarla təmənnasız işbirliyi qurmuş, dəstəkçilər və könüllülərdən ibarət qrupla fəaliyyətə başlamışdır. Yardımçı layihəsi heç bir fərdin, o cümlədən dövlət və özəl qurumların birbaşa rəhbərliyi altında yaradılmayıb. Məqsəd imkanlı vətəndaşların könüllülük əsasında imkansızlara birbaşa yardım göstərməsidir. Dövlət və özəl qurumlar yalnız texniki tərəfdaş kimi iştirak edib.[7]
Fəaliyyət dairəsi, əsasən aztəminatlı ailələrə, köməyə ehtiyacı olan insanlara, xeyirxah amma fərqli təbəqələrin – iş adamlarının, ziyalıların onlayn yardım göstərməsi, bir-birinə vasitəçi olmadan təmənnasız yardım etməsi, əsas hədəf imkanlı vətəndaşların könüllülük əsasında onlayn yardım göstərməsidir.[8]
İmkanlı şəxslər tərəfindən edilən ianələrin istiqamətləndirilməsi, ərzaq zənbilinin formalaşdırılması, yardım alan şəxslərin qeydiyyata götürülməsi, realizə edilməsi və təsdiq edilməsi onlayn formada canlı rejimdə təqdim edilir. Bütün proseslərin şəffaflığına onlayn formada canlı rejimdə təqdim edilir, ianə edən və yardım alan hər bir vətəndaş nəzarət etmək imkanı var. Maddi gözlənti və ya korperativ məqsədlər daşımamaqdadır.[9][10][11]
COVID-19 pandemiyası zamanı dünya azərbaycanlılarının həmrəyliyi, bir-birinə yardımı sərhədləri tanımamış "Evdə qal, yardım al!" və "Vətən sərhəd tanımaz!" dəstək şüarı ilə kanpaniyanı dəstəkləmişlərdir.[12][13][14][15]
Loqoda Ağ fon üzərində qırmızı rəngdə Yardımçı sözü yazı ilə əks edilmişdir. "Y" hərifi əsas götürülərək, qollarını açan mələk sanki hər bir insanı şəvqətlə qucaqlayaraq köməklik göstərmək istəyən mələk obrazı yaradılıb.
Logoda istifadə edilən Qırmızı rəng liderlik və öndərlik xüsusiyyəti daşıyır, fiziki güc və hərəkətliliyin rəmzidir, qırmızı rəng çalışma şövqünü artırır həmçinin toplaşma, cəmləşmə simvolu kimi qəbul edilir. Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır.
Fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmçinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Bu məqalə qaralama halındadır. Məqaləni təkmilləşdirərək və ya özəlləşdirilmiş qaralama şablonlarından birini qoyaraq Vikipediyaya töhfə verə bilərsiniz. |