Yatan inək — Vinsent Van Qoqun Haaqada yaşadığı 1882-1883-cü illər ərzində yağlı boya rəssamlığı üslubundan istifadə edərək çəkdiyi iki rəsm əsərinə verdiyi ad.[2][3][4]
Yatan inək | ||
---|---|---|
Lying cow | ||
| ||
Rəssam | Vinsent van Qoq | |
Tarixi | avqust, 1883 | |
Üslubu | Yağlı boya | |
Ölçüləri | 50 sm × 30 sm | |
Saxlanıldığı yer | Şəxsi kolleksiya, Fransa, Avropa[1] | |
Saytı | vangoghgallery.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1970-ci ildə Ceykob Baart de la Fellenin apardığı araşdırmalara əsasən əldə olunan kataloqa görə, bu rəsm əsərləri 1882-ci ildə çəkilmişdir.[5] Halbuki Yan Hülsker bu əsərlərin, onun 1883-cü ildə çəkdiyi və yalnız bir fotoqraf tərəfindən tanınan "Çəmənlikdəki inəklər" əsəri ilə əlaqəli olduğunu hiss etdiyini deyirdi. Bütün bunları nəzərə alaraq o, Van Qoqun bu əsərləri öz məşuqəsi Sien Hoorniki tərk edərək Drenteyə getməsindən əvvəl çəkdiyini iddia edir və beləliklə, əsərlərin 1883-cü ildə çəkilməsi fikrinin üzərində dururdu.[6]