Yeddi adalar

Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir[1]. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.

Yeddi adalar
rus. Семь островов
Ümumi məlumatlar
Adaların sayı 7
Əhalisi 0 nəfər (2003-cü il)
Yerləşməsi
68°47′11″ şm. e. 37°25′37″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriya
Yeddi adalar xəritədə
Yeddi adalar
Yeddi adalar

Belə ehtimal edilir ki, bölgənin köklü əhalisi olan saamilər adaların mövcudluğu barədə hələ XIII—XIV əsrlərdən bilirdilər. 24 avqust 1597-ci ildə adaların yaxınlığından Villem Barensin 3-cü ekspedisiyası keçmişdir. Arxipelaq ərazisi bütünlüklə Kondalaşk qoruğu ərazisinə daxildir[2].

Vaxtı ilə Xarlov adasında Semiostrovnoye qəsəbəsi vardı. 1942 - 2009-cu illərdə burada əlçatmaz hidrometeoloji stansiya fəaliyyət göstərirdi («Xarlov adası»[3]). Bu stansiya 1912-1940-cı illərdə adanın qarşı tərəfində, materikdə yerləşirdi. Hazırda isə fəaliyyətini dayandırmışdır.

Adaların sahillərində qabarmanın hündürlüyü 3,0 metrdir[1].

Burada ən böyük quş koloniyaları kuvşin və Xarlov adalarında müşahidə edilir.

Adaların siyahısı

[redaktə | mənbəni redaktə et]
Adı Koordinatları Maksimal hündürlüyü
Xarlov 68°48′35″ şm. e. 37°20′10″ ş. u.HGYO 117,5
Böyük Zelensov 68°47′25″ şm. e. 37°25′13″ ş. u.HGYO 50,4
Kiçik Zelensov 68°47′12″ şm. e. 37°26′27″ ş. u.HGYO 28,0
Veşnyak 68°45′58″ şm. e. 37°30′18″ ş. u.HGYO 82,6
Kuvşin 68°44′25″ şm. e. 37°31′38″ ş. u.HGYO 74,3
Böyük Liski 68°41′45″ şm. e. 37°44′05″ ş. u.HGYO 59,1
kiçik Liski 68°41′36″ şm. e. 37°46′01″ ş. u.HGYO 20,6

Arxipelaqın tərkibinə Xarlovskiye Balışı, Luda, Sikov və bir çox digər kiçik adacıqlar daxildir.

  1. 1 2 "Topoqrafik xəritə". 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
  2. "Постановление ВЦИК, СНК РСФСР от 20.05.1938 «Об образовании полного государственного заповедника по гаге и птичьим базарам на островах Харлово»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
  3. "Труднодоступная станция (ТДС) «Остров Харлов»". 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.