Yekaterina Zquladze (gürc. ეკატერინე ზღულაძე; 18 iyun 1978, Tbilisi[1]) — Gürcüstan və Ukrayna dövlət xadimi və siyasətçisi.
Yekaterina Zquladze | |
---|---|
gürc. ეკატერინე ზღულაძე | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyun 1978 (45 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, məmur, jurnalist, tərcüməçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], ictimai idarə[d][2], dövlət qulluğu[2], jurnalistika[2], tərcüməçilik fəaliyyəti[d][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Yekaterina Zquladze 1978-ci ildə Tbilisidə anadan olub.
Paytaxtın Mtatsminda rayonunda uşaqlığı keçirmiş, Çitadze küçəsində yerləşən 47 nömrəli Tbilisi məktəbində oxumuşdur.
1992-ci ildə Freedom Support Act proqramı üzrə təqaüdlə, bir il ərzində ABŞ-nin Oklahoma ştatında Amerika məktəbində təhsil aldı. Təhsilini Tbilisi Dövlət Universitetində, Beynəlxalq jurnalistika fakültəsində davam etdirmişdir. Universiteti bitirdikdən sonra beynəlxalq təşkilatlarda tərcüməçi işləmişdir.[3]
2004–2005-ci illərdə Amerika hökumət agentliyi Millenium Challenge Corporation-ın Gürcüstan şöbəsində çalışmışdır.
2005-ci ildə, 27 yaşında, Gürcüstan Daxili İşlər Nazirinin müavini təyin edildi, sonra Daxili İşlər Nazirinin Birinci müavini oldu, 2012-ci ilə qədər bu vəzifədə çalışdı. Nazir müavini işlədiyi müddətdə Zguladze dəfələrlə mətbuata və ictimaiyyətə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi mövqeyi haqqında məlumat vermişdir.[4] Saakaşvili-Bendukidze[5] islahatları zamanı gürcü polisinin azaldılması və yenidən qurulmasında fəal iştirak etmişdir.
20 sentyabr-25 oktyabr 2012-ci il tarixlərində Zquladze, Gldani həbsxanasındakı işgəncə qalmaqalı nəticəsində nazir Bacho Axalayanın istefasından sonra Gürcüstanın polis və ictimai asayiş naziri vəzifəsində çalışdı. 2012-ci il seçkilərində müxalifət qalib gəldikdən sonra Merabişvili hökuməti ilə birlikdə istefa verdi.[6]