Hessenli Yelizaveta (alm. Elisabeth Alexandra Luise Alice von Hessen-Darmstadt und bei Rhein) və ya Yelizaveta Fyodorovna (rus. Елизаве́та Фёдоровна; 1 noyabr 1864[1][2][…], Darmştat – 18 iyul 1918, Alapayevsk, Perm quberniyası[d]) — Böyük Hesse hersoqu IV Lüdovikin qızı. 1884-cü ildə Rusiya imperatoru II Aleksandrın oğlu Sergey Romanovla (atasının bibisi oğlu) evləndirildi.
Yelizaveta | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 noyabr 1864[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 iyul 1918 (54 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | nun[d], əsilzadə |
Atası | IV Lüdovik[3] |
Anası | Alis (Birləşmiş Krallıq şahzadəsi)[3] |
Həyat yoldaşı |
|
Dini | şərqi ortodoks xristianlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kraliça Viktoriyanın nəvəsi və son Rus imperatriçası Aleksandranın böyük bacısı olan Yelizaveta Rusiyada olduqca məşhur biri idi. Ərinin 1905-ci ildə bolşeviklərin tərtiblədiyi sui-qəsdlə öldürülməsinin ardından, sarayı tərk etdi və rahibə həyatı yaşamağa başladı. Ancaq Fevral inqilabının ardından həbs olundu. Alapayevsk yaxınlığındakı bir mədən quyusuna atıldı və quyuda ikən dini moizə oxuduğu əsnada üzərinə əl qumbaraları atılaraq öldürüldü. Hadisə şahidlərinin dediklərinə görə, qumbaralar partladıqdan sonra belə quyudan moizə səsi gəlirdi.
1981-ci ildə Rusiya Pravoslav Kilsəsi və 1992-ci ildə Moskva Patriarxlığı tərəfindən şəhid elan olundu.