Yeni Çağ (Azərbaycan)

"Yeni Çağ" Analitik İnternet Qəzeti — "Yenicag.az" 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi səhifəsi olaraq 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Yenicag.az" İA 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir. Saytın rəhbəri Aqil Ələsgərovdur. İnformasiya agentliyi Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. "Yenicag.az"ın dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" kitabı nəşr olunub.[1]

Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında fəaliyyət göstərən saytın rəhbəri Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi pozuculuq fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü" və "Səssiz işğal" kitablarını çap etdirib.[1]

2016-cı ilin dekabrından "Yenicag.az"ın türk və rus dili versiyaları fəaliyyətə başlayıb. Bu gün "Yeni Çağ Azərbaycan" Media Qrupuna "Yenicag.az" (Azərbaycan), "Yenicag.ru" (rus) və "Yenicag.info" (türk) domenləri daxildir.

"Yenicag.az" İA Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən xəbərləri də oxuculara çatdırır. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş işıqlandıran "Yeniçag.az"da müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.[1]

Öz fəaliyyətində tərəfsizliyi və obyektivliyi üstün tutan "Yenicag.az" mövcud siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil informasiya siyasətini həyata keçirir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]