Yeni Buxara

Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş.[1] Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış.

Kağan
Kogon
40°12′ şm. e. 64°55′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1888
Sahəsi
  • 15 km²
Mərkəzin hündürlüyü 225 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 86.745 nəf. (2009)
Xəritəni göstər/gizlə
Kağan xəritədə
Kağan
Kağan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix[redaktə | mənbəni redaktə et]

Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi.

Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu.

1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi.

O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.

Dəmiryol işçilərinin yaşayış binaları ilə yanaşı, Rusiya imperiyası ilə Buxara əmirliyi arasında diplomatik münasibətləri idarə edən özəl bir qurum da varidi.

1890-cı ildə artıq bir neçə nəqliyyat idarəsi, bir neçə mağaza və satış yeri, bir poçt və teleqraf bürosu var idi.

1892-ci ildə burada Pravoslav Kilsəsi tikilərək, kilsə məktəbi də açıldı və hakimlər məhkəməsi yaradıldı. 1894-cü ildə dövlət bankının bir şöbəsi, daha sonra isə bir gömrük idarəsi açıldı.

Əhalisi[redaktə | mənbəni redaktə et]

2010-cu ilin məlumatlarına görə Kağanda 87.612 nəfər əhali yaşamaqda imiş.[2]

Milli tərkibi[redaktə | mənbəni redaktə et]

Şəhərin yerli və sayca ən böyük olan əhalisi Özbəklərdir (% 77,1), onların sayı 58,5 min nəfərdir. Burada habelə Ruslar (10,2%), Taciklər (4,5%), Ukraynalılar (0,5%), Azərbaycan türkləri (0,5%), Türkmənlər (0,5%), Qazaxlar (0,3%), Tatarlar (0,3%), Ermənilər (0,3%), Belaruslar (% 0,1), Yəhudilər (% 0,5) və başqa millətlərdən olanlar (% 5,6) da yaşayır.[3]

Təhsil[redaktə | mənbəni redaktə et]

1902-ci ildə Yeni Buxarada (Kağanda) Orta Asiyada 1-ci Tatar məktəbi açıldı[4].

Görməli yerlər[redaktə | mənbəni redaktə et]

Buxara Əmirlərinin Sarayı 2016-cı ildə

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. "Population census-1989". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-07.
  2. ""Uzbekistan: largest cities and towns and statistics of their population". World Gazetteer". 2012-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-05.
  3. "Özbəkcə Vikipediya". 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-07.
  4. "— Народы Узбекистана: Татары". 2017-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-07.
  5. "Buxara əmirlik sarayı". 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-07.