Yeniköy razılaşması

Yeniköy razılaşması — 1912–1914-cü illər arasında Avropa dövlətləri tərəfindən hazırlanmış və Osmanlı imperiyası ərazisində ermənilər üçün iki vilayətin yaradılması, onların ermənilər ilə bağlı məsələlərə müdaxilə edərək iki avropalı baş müfəttişin nəzarəti altında olması haqqında islahat planı.[1][2] Baş müfəttişlər erməni əhalisinin əsas hissəsinin məskunlaşdığı altı şərq vilayətində ən yüksək vəzifə tutacaq, ƏrzurumVandakı müvafiq postlarında məskunlaşacaqdılar. İslahat paketi 8 fevral 1914-cü ildə imzalanmışdır.[3] Buna baxmayaraq, razılaşma Osmanlı imperiyası Birinci Dünya müharibəsinə daxil olduqdan bir neçə həftə sonra, 16 dekabr 1914-cü ildə ləğv edilmişdir.

Balkan müharibələri Osmanlı ermənilərinin şəraitini yaxşılaşdırmaq üçün yeni planların ortaya çıxarılmasına imkan yaratmışdı. Rusiya hökuməti bütün ermənilərin katolikosunu Qafqaz canişini vasitəsilə ermənilərin məskunlaşdığı Osmanlı vilayətlərində islahatlar üçün Osmanlı hökumətinə müraciət etməyə təşviq etmişdi. İslahat layihəsi Rusiyanın İstanbuldakı səfirliyinin draqomanı Andre Mandelştam və Ermənistan Milli Assambleyasının nümayəndələri tərəfindən tərtib edilmişdir. Bu, Konstantinopolda Fransa, Britaniyaİtaliya səfirlərinin görüşündə təqdim edilmişdir.[4]

İslahat paketi 8 fevral 1914-cü ildə vəzir Səid Halim Paşa tərəfindən təmsil olunan Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmışdır.[5] İlk iki müfəttiş kimi Niderland Ost-Hindinin administratoru Lui Konstan Vestenek və Norveç Ordusunun mayoru Nikolay Hoff seçilmişdir.[6] Vestenenk Ərzuruma yola düşmüşdür, lakin o Vanda olduğu zaman Birinci Dünya müharibəsi başlamışdır.[7][8]

  1. Davison, Roderic H. "The Armenian Crisis, 1912-1914 Arxivləşdirilib 2018-07-11 at the Wayback Machine," The American Historical Review 53 (Apr., 1948), pp. 481-505.
  2. {{{2}}} Karapetyan, N. V. (1981). "Հայկական բարենորոգումների խնդիրը 1912-14 թվականներին" [The Issue of the Armenian Reforms in the Years 1912-14] in Հայ Ժողովրդի Պատմություն [History of the Armenian People], eds. Tsatur Aghayan et al. Yerevan: Armenian Academy of Sciences, vol. 6, pp. 520-35.
  3. Hovannisian, Richard G. Armenia on the Road to Independence, 1918. Berkeley: University of California Press. 1967. 38–39. ISBN 0-520-00574-0.
  4. Reynolds, Michael A. (2011). Shattering Empires: The Clash and Collapse of the Ottoman Empires, 1908-1918. Cambridge: Cambridge University Press, pp. 73-77.
  5. Şeyhun, Ahmed. "Said Halim and the Armenian Reform Project of 1914," Journal of the Society for Armenian Studies 19/2 (2010), pp. 93-108.
  6. Kévorkian, Raymond (2011). The Armenian Genocide: A Complete History. London: I. B. Tauris, p. 171.
  7. Hovannisian. Armenia on the Road to Independence, p. 39.
  8. L. C. Westenek, "Diary Concerning the Armenian Mission," Armenian Review 39 (Spring 1986), pp. 29-89.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Kieser, Hans-Lukas; Polatel, Mehmet; Schmutz, Thomas. "Reform or cataclysm? The agreement of 8 February 1914 regarding the Ottoman eastern provinces". Journal of Genocide Research. 17 (3). 2015: 285–304. doi:10.1080/14623528.2015.1062283.