Yenovk Şagen (erm. Ենովք Շահէն; 3 fevral 1881 – 28 may 1915, Ankara, Ankara vilayəti) — Osmanlı İmperiyası dövründə yaşamış Ermənistan aktyoru və rejissoru.
Yenovk Şagen | |
---|---|
erm. Ենովք Շահեն | |
Doğum tarixi | 3 fevral 1881 |
Vəfat tarixi | 28 may 1915 (34 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | erməni soyqırımı |
Fəaliyyəti | aktyor, teatr aktyoru |
Vikianbarda əlaqəli mediafayllar |
Yenovk Şagen 3 fevral 1881-ci ildə İzmit yaxınlığında Partizak kəndində erməni ailəsində anadan olmuşdur.[1][2][3] Partizakdə ibtidai təhsilini aldıqdan sonra ailəsi ilə birlikdə Konstantinopola köçmüşdür.[4].
Konstantinopolda o məşhur erməni tragiki Petros Adamyanın tərcümeyi-halını oxuduqdan sonra teatra maraq göstərməyə başlamışdır. Müxtəlif pyeslərdə kiçik rollar oynamağa başladı. Şagen Martiros Mnakyanın başçılıq edilən teatr qrupuna qoşuldu. Sonralar Şagen erməni dramatik cəmiyyətinin yeni teatrının aktyoru oldu. Burada məşhur aktyor Vaqram Papazyan ilə dostlaşdı. Növbəti illərdə Şagen Felikyan və Zarifyanın başçılıq etdiyi digər teatr kollektivlərində çıxış etməyə başladı. Şagen Osmanlı İmperiyasının çox məskun edilmiş məntəqələrində — Qahirə də daxil olmaqla, İzmir, İzmit və doğma Partizak kəndində səyyar çıxışlar edirdi.[5]
Ən gözəçarpan rolları arasında Fransua Koppenin "La grève des forgerons" monoloqunu, Tribule ("Kral əylənir", Viktor Hüqo), Yaqo ("Otello", Uilyam Şekspir), Şeylok ("Venesiya taciri" U. Şekspir) obrazını misal göstərmək olar.
Öz dostu Vaqram Papazyan ilə razılaşmalarına baxmayaraq, Yenovk Şagen Rusiyaya getmədi. 24 aprel 1915-ci ildə Şagen Konstantinopolun Nişantaşı rayonunda öz evində həbs edilmişdir. Həbslər qondarma erməni soyqırımının tərkib hissəsi idi. Osmanlı İmperiyasının daxili əyalətlərinə paytaxtdan erməni ziyalılarının deportasiyası başlamışdır.[6]
Nəticədə Şagen Ankara yaxınlığında Ayas əyalətinə deportasiya edilmişdir.[7] Şagen və erməni ziyalılarının digər nümayəndələri keşikçinin nəzarəti altında həbs edildilər. Yekunda onu həbsxanadan çıxardılar və Ankara yaxınlığında öldürdülər.[8][9]