Yergüc — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Yergüc | |
---|---|
41°25′25″ şm. e. 48°44′50″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yergüc kəndi, Quba rayonunda, Buduq İnzibati Ərazi Dairəsinin ərazisində yerləşib. Kənd əhalisi zaman-zaman buradan köçüb başqa kənd və şəhərlərdə məskunlaşdiğı üçün hazırda bu məkanda heç kim yaşamır. Digər şahdağ etnoslu kəndlər kimi Yergüc kəndi də xüsusi dilə malikdir. Bu dillə ilkin tanışlıq zamanı belə qənaətə gəlmək olar ki, Yergüc dili Xınalıq dilindən başqa bütün digər Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir. Lakin əksər sözlərdə ən azından bir və ya bir neçə hərf fərqi var. Bəzən isə söz tamamilə digər xalqların istifadə etdiyi sözlərdən fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən bənzəmir. Bundan başqa, Yergüc dilində Xınalıq dilindəki sözlərə bənzər çox söz var və bu cəhət Yergüc dilini Buduq, Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir. Yergüc, Qrız, Haput, Əlik, Cek və Buduqlular öz ana dillərində bir-birləri çox rahat ünsiyyət saxlaya bilirlər.
Təəssüf ki, hazırda bu dil məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, hazırda Yergüc dilini yalnız yaşlı yergüclülər bilir. Gənclərin əksəriyyətinin isə bu dil haqqında heç təsəvvürləri belə yoxdur.
Yergüc kəndinin əhalisi Quba rayonunun Yergüc kəndindən köçüb gəlmiş yergüclülərdən ibarətdir.
Xaçmaz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |