«Yerkir Media» (erm. «Երկիր Մեդիա», bukv. Dünya Media) — Erməni İnqilabi Federasiyasının (Daşnaksütun) sahibləndiyi[2] Ermənistan özəl telekanalı. 28 may 2004-cü ildə təsis edilən telekanal Ermənistan və Dağlıq Qarabağ Respublikasında tam şəkildə yayımlanır.
Yerkir Media | |
---|---|
| |
Ölkə | Ermənistan |
Yayım ərazisi |
Ermənistan Dağlıq Qarabağ Respublikası |
Dil | Erməni dili |
Baş qərargah | İrəvan |
Yaranma tarixi | 28 may 2004 |
Sahibi | Erməni İnqilabi Federasiyası[1] |
Rəhbərlik | David Hakobyan (icraçı direktor) |
Sayt | yerkirmedia.am |
28 iyun 2010-cu ildə telekanal Hot Bird süni peyki vasitəsilə beynəlxalq yayıma keçmişdir.[3] İlk yayım günü Birinci Ermənistan Respublikasının müstəqilliyi günündə edilmişdir.[4]
Teleşirkətin baş qərargahı İrəvan şəhərində yerləşir, ancaq ABŞ (Los-Anceles, Boston), Gürcüstan, Livan, Rusiya, İran, Suriya, Türkiyə və Fransada ofisləri var. Telekanalın təxminən 2.000.000-dan çox izləyicisi mövcuddur. Teleşirkətin icraçı direktoru David Hakobyandır.[5]
Yerkir Media is a TV station owned by the ARF (Armenian Revolutionary Federation).
yerkirmedia.am — «Yerkir Media» teleşirkətinin rəsmi saytı