Yerkrapa

Yerkrapa Könüllülər İttifaqı (erm. «Երկրապահ» կամավորական միություն, ԵԿՄ «Yerkrapa» kamavorakan miutyun, YeKM) və ya Yerkrapa Qazilər İttifaqı (Yerkrapa – Yurdun qoruyucuları) — Birinci Qarabağ müharibəsinin qaziləri tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatı.[5] Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk növbədə 6 min erməni qazidən ibarət idi.[6] Yerkrapa böyük və nüfuzlu bir qazi qrupudur.[7] Yerkrapa ittifaqı Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdi. Buna baxmayaraq, Sarkisyanın ölümündən sonra Yerkrapanın Ermənistan siyasətində təsiri azalmağa başlamışdır.[8] Yerkrapa 5–30 min qazini öz təşkilatı altında cəmləşdirmişdi.[2] Tomas de Vaala görə, 1994-cü ildən sonra Yerkrapa ölkənin ən güclü təşkilatına çevrilmişdir.[9] Təşkilat Azərbaycan mətbuatında "terror təşkilatı" kimi də qiymətləndirilir.[10]

Yerkrapa Könüllülər İttifaqı
erm. «Երկրապահ» կամավորական միություն, ԵԿՄ
Növü Yarımhərbi qeyri-hökumət təşkilatı
Yaranma tarixi 1993[1]h.h.
Ölkə  Ermənistan
Tabedir Ermənistan Silahlı Qüvvələri
Sayı 5,000–30,000[2]
Şüarı "Yurdun qoruyucuları"
Müharibələr Birinci Qarabağ müharibəsi
Aprel döyüşləri[3]
İkinci Qarabağ müharibəsi[4]
Komandanlıq
Komandir Sasun Mikayılyan
Məşhur komandirləri Vazgen Sarkisyan
Manvel Qriqoryan
ekm.am

Hərbi əməliyyatlar

[redaktə | mənbəni redaktə et]

Yerkrapa Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır.[11] Təşkilat 2016-cı il Aprel döyüşləri,[3] eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdir.[4]

Siyasi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Vazgen Sarkisyanın başçılıq etdiyi Yerkrapa parlament fraksiyası[12] artıq 1998-ci ildə Ermənistan Milli Məclisinin ən böyük fraksiyasına çevrilmişdi (69 üzvdən ibarət idi).[13][14] Fraksiya ittifaq üzvlərindən ibarət idi. 1998-ci ilin yayında fraksiya Ermənistan Respublikaçı Partiyası ilə birləşmişdir.[15][16][17] Yerkrapa bir siyasi hərəkat olaraq artıq 2001-ci ildə nominal siyasi təsirini itirmişdir.[18]

2008-ci ildə Ermənistan Müdafiə Nazirliyinin o vaxtkı Baş Qərargah rəisi Seyran Ohanyanın rəhbərlik etdiyi bir qrup yüksək rütbəli hərbi xadim təşkilatın siyasətə qarışmasına etiraz etmişdir. Onlar 25 fevral 2008-ci ildə Yerkrapadan ayrılmışdır. Bu addım mübahisəli keçən 2008-ci il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarında sədr müavini Myasnik Malxasyan və bir neçə üzvün keçmiş prezident Levon Ter-Petrosyanı dəstəkləməsindən sonra atılmışdı.[19][20] Yerkrapaın o vaxtkı sədri və müdafiə nazirinin müavini Manvel Qriqoryanın Ter-Petrosyanla da görüşdüyü, o cümlədən ona siyasi dəstək vəd etdiyi iddia edilmişdir.[20]

2019-cu ildə Sasun Mikayelyan təşkilatın hakim partiyanın qanadı olaraq xidmət etməyəcəyini barədə israr etmişdir.[21]

  1. "Համառոտ բնութագիր (Brief description)" (erməni). Official site of Union of Yerkrapah Volunteers. 25 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 March 2013.
  2. 1 2 Levitsky, Steven. Competitive Authoritarianism: Hybrid Regimes After the Cold War. 16 avqust 2010. səh. 209. ISBN 9781139491488. 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  3. 1 2 "The Yerkrapah Union of Volunteers at a Crossroads". USC Institute of Armenian Studies (ingilis). 2018-07-12. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  4. 1 2 "2020 War's Bloodiest Day: October 10". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  5. Məmmədova, Gülxanım. "2020-ci il müharibəsinin ən qanlı günü: 10 oktyabr". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 1 sentyabr 2021. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  6. P. Croissant, Michael. The Armenia-Azerbaijan conflict: causes and implications. 1998. səh. 123. ISBN 9780275962418. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  7. "Armenian War Veterans Divided Over 2008 Election". Armtown. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  8. Lowell, Barrington. After Independence: Making and Protecting the Nation in Postcolonial & Postcommunist States. University of Michigan Press. 2006. səh. 241.
  9. De Waal, Thomas. Black Garden: Armenia and Azerbaijan Through Peace and War. 2003. səh. 244. ISBN 9780814719459. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  10. Rafiqqızı, İnarə. "Erməni cəlladları "Lyoxa" və "Lyoşa": biri Naxçıvanda doğulub böyüyübmüş..." Virtual.az (ingilis). 30 iyun 2021. 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
  11. ""Yerkrapah" and other volunteer regiments ready to head to frontline". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  12. Carley, Patricia. "Nagorno-Karabakh: Searching for a Solution". United States Institute of Peace. December 1998. 10 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2013.
  13. Fuller, Liz. "Caucasus Report: May 12, 1998". RFE/RL. 12 May 1998. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2013.
  14. Astourian, 2001. səh. 57-58
  15. Panossian, Razmik. The Armenians: From Kings and Priests to Merchants and Commissars. New York: Columbia University Press. 2006. səh. 326. ISBN 9780231511339.
  16. "Yerkrapah turns into political party". The Jamestown Foundation. 22 July 1998. 19 June 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 April 2013.
  17. "History of the Party". The Republican Party of Armenia. 9 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2013.
  18. Hughes, Sasse, 2002. səh. 155
  19. "Top Army Officers Quit Yerkrapah Union". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  20. 1 2 "Կարևոր վկան պետք է չեզոքացվի. գեներալ Մանվել Գրիգորյանի առեղծվածը". www.yerkir.am (erməni). 28 October 2019. 7 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 June 2021.
  21. 1 2 "Armenian War Veterans Pick New Pro-Government Leader". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-13.
  22. "National Assembly of the Republic of Armenia | Official Web Site | parliament.am". www.parliament.am. 2013-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • ekm.am — Yerkrapa Könüllülər İttifaqının rəsmi saytı