Yevda Abramov

Yevda Sasunoviç Abramov (12 iyun 1948, Qırmızı Qəsəbə, Quba rayonu6 dekabr 2019, Bakı) — yəhudi əsilli azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin deputatı (2005–2019), "Şöhrət" ordeni laureatı (2018).

Yevda Abramov
2005 – 2019
Şəxsi məlumatlar
Doğum tarixi 12 iyun 1948(1948-06-12)
Doğum yeri
Vəfat tarixi 6 dekabr 2019(2019-12-06) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Yevda Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olmuşdur. Milliyətcə yəhudidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.

7 dekabr 2019-cu ildə vəfat etmişdir.

Azərbaycan, türk, rus və fars dillərini bilirdi.

Ailəli idi, 4 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Azərbaycan Milli Məclisinin III, IVV çağırış deputatı seçilmişdir.

  • 11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov "Şöhrət" ordeni ilə təltif edilib.[1]
  1. President.Az. "Y.S. Abramovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 11.06.2018. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-16.