Ymer Pampuri (30 Aprel 1944 – 18 Yanvar 2017) — Alban kişi ağır atleti. 1972 Dünya Ağır Atletika Çempionatında çiyin çəkmə intizamında qızıl medal qazanmışdır. Münhendəki 1972 Yay Olimpiya Oyunlarında iştirak etmiş və həmin il son dəfə proqrama daxil edilən çiyin çəkmə kateqoriyasında Olimpiya rekordu qıraraq birinci yeri tutmuşdur amma, medal qazana bilməmişdir.
Ymer Pampuri | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 20 aprel 1944 |
Doğum yeri | |
Vəfat tarixi | 18 yanvar 2017[1] (72 yaşında) |
Vəfat yeri | |
İdman növü | ağır atletika |
Ağırlıq dərəcəsi | 60 kq |
Pampuri 1944-cü ilin Aprel ayının 30-da, Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 7 yaşında ikən Tirana Sirkində akrobat olaraq işləməyə başlamışdır. 1972-ci ildə Rumıniyada təşkil olunan Avropa Ağır Atletika Çempionatında ölkəsini təmsil etmək üçün seçilmişdir. Bu çempionatda 125 kq. qaldırmağı bacarmış, çempion ilə eyni ağırlığı qaldırmasına baxmayaraq bədən ağırlığının fərqindən ötəri ikinci yeri tutmuşdur. Pampuri həmən il Münhendə təşkil edilən yay olimpiya oyunlarına qatılmış, idmançılar yola çıxmadan əvvəl məşqçisi Zidi Mazreku ilə birlikdə etdikləri şərhdə Albaniyaya olimpiyada medalı gətirəcəklərini öhdələrinə almışdılar. Bir çox Alban idmançı və idarəçi bu öhdəliklərinə gülmüş və ciddi qəbul etməmişdir[2]. 27 yaşlı Pampuri, Yoşinobu Miyake tərəfindən qurulan Olimpiya rekordunu 127,5 kq-lıq ağırlığı qaldıraraq çiyin çəkmə tərzində qirmışdır. Pampuri bu rekordu 1972-ci ilin Avqust ayının 29-da qırdı və həmən fənn üzrə Dünya Çempionu oldu.[3]