Yoav Qallant

Yoav Qallant (ivr.יוֹאָב גָּלַנְטְ‏‎; 8 noyabr 1958[1], Yaffa[d]) — israilli siyasətçi və 2022–2024-cü illər arasında müdafiə naziri vəzifəsində çalışmış keçmiş hərbçi. Qallant İsrail Hərbi Dəniz Qüvvələrində xidmət edən İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının zabiti idi. 2015-ci ilin yanvarında o, yeni Kulanu partiyasına qoşularaq siyasətə gəldi. Knessetə seçildikdən sonra tikinti naziri təyin edildi. 2018-ci ilin sonunda o, Likud partiyasına qoşuldu, qısa müddət sonra Aliya və İnteqrasiya naziri oldu. 2020-ci ildə təhsil naziri, növbəti il isə müdafiə naziri təyin edildi. 5 noyabr 2024-cü ildə Baş nazir Benyamin Netanyahu, 7 noyabrdan etibarən Qallantı vəzifəsindən azad etdiyini və onun yerinə İsrail Katzın gəlməsini istədiyini açıqlayıb.[2]

Yoav Qallant
ivr.יואב גלנט‏‎
Tikinti naziri[d]
14 may 2015 – 2 yanvar 2019
Knesset üzvü[d]
31 mart 2015 – 2 yanvar 2019
Knesset üzvü[d]
30 aprel 2019 – 3 oktyabr 2019
Knesset üzvü[d]
3 oktyabr 2019 – 16 mart 2020
Knesset üzvü[d]
16 mart 2020 – 6 aprel 2021
Knesset üzvü[d]
6 aprel 2021 – 15 noyabr 2022
İsrailin müdafiə naziri[d]
29 dekabr 2022 – 7 noyabr 2024
Knesset üzvü[d]
Vəzifədədir
15 noyabr 2022-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1958(1958-11-08)[1] (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi, dövlət qulluqçusu
Hərbi xidmət
Mənsubiyyəti İsrail
Döyüşlər
Rütbəsi general, aluf[d]

Təltifləri "İkinci Livan müharibəsində iştiraka görə"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

21 noyabr 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və HƏMAS lideri Məhəmməd Deyf ilə birlikdə Qallantın HƏMAS–İsrail müharibəsi zamanı törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verib.[3]

  1. 1 2 חה"כ יואב גלנט. Knesset.
  2. "Netanyahu fires Gallant amid US elections as Israel braces for Iran attack". The Jerusalem Post. 5 November 2024. 5 November 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2024.
  3. Roth, Andrew; Borger, Julian. "ICC issues arrest warrant for Benjamin Netanyahu for alleged Gaza war crimes". The Guardian. 21 November 2021. 21 November 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2024.