Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.(iyun 2024)
HƏMAS–İsrail müharibəsi hələ davam etdiyi üçün məqalə tez-tez dəyişikliyə məruz qala bilər. Məqalənin hazırkı adı da sonradan dəyişdirilə bilər. Etibarlı mənbələrə istinad etməklə bu məqaləni zənginləşdirə və təkmilləşdirə bilərsiniz.
Məqalənin son yenilənmə tarixi: 08:22, 17 noyabr 2024 (UTC) (16 gün əvvəl).
Qəzzədə müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağındanİsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı.[55][56][57][58] Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi.[59] Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi.[59]
Qırmızı rəngdə Qəzza zolağı göstərilib. Mavi rəngdə olan hissə fələstinli yaraqlılar tərəfindən əsas hücumların təşkil edildiyi və raket zərbələrinin endirildiyi yerləri əks etdirir. Sarı rəngdə olan ərazilər isə İsrail Silahlı Qüvvələri tərəfindən təxliyə edilmiş əraziləri göstərir.
HƏMAS tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir.[60][61] Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
Bəzi siyasi icmalcılar bu hadisələri Üçüncü Fələstin İntifadasının başlanğıcı olduğunu hesab edirlər. Düz 50 il əvvəl, 1973-cü ilin 7 oktyabr tarixində baş vermiş Yom Kippur müharibəsindən sonra ilk dəfə olaraq İsraildə hərbi vəziyyət elan edilmişdir.[62] Hadisələrin qəfildən şiddətli toqquşmalarla əvəzlənməsinin dəqiq səbəbləri məlum deyil.
2023-cü ilin iyul ayında İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində və aprel ayında Əl-Əqsa məscidi yaxınlığında baş vermiş toqquşmaların indiki hadisələrin əsas çıxış nöqtəsi kimi qəbul edilməkdədir. Hər iki hadisə zamanı Fələstin tərəfdən 250-dən çox şəxs, İsrail tərəfdən isə 30 hərbçi həyatını itirmişdir. Həmas rəmsiləri də 7 oktyabrda başlatdıqları hücumlara haqq qazandırmaq və hücumun səbəblərini izah etmək üçün aprel ayında Əl-Əqsa məscidi yaxınlığındakı toqquşmaları əsas gətirib. Həmasın hərbi qanadlarından olan İzzədin əl-Qəssam Briqadasının komandirlərindən Məhəmməd Deif fələstinlilərə və israil ərəblərinə səslənərək Səddləri dağıtmağa və işğalcıları qovmağa dair çağırış edib.
Hücumların başlamasından qısa müddət sonra İordan çayının qərb sahilində keçirilən fövqəladə iclasda Fələstin Dövləti başçısı Mahmud Abbas Qəzzə camaatının apardığı mübarizəyə öz dəstəyini ifadə edib və fələstinlilərin İsrail işğalına qarşı özlərini müdafiə etmək hüququna malik olduğunu bildirib.[63][64]İsraildə bütün əsas müxalifət partiyaları Fələstin tərəfindən başladılmış hücumu ilə mübarizə aparmaq üçün milli birlik hökumətinin yaradılmasını tələb ediblər.[65]
Həmas yaraqlılarının sərhədi keçərək İsrailə daxil olması nəticəsində Qəzzə zolağından ən azı 2.200 raket atılıb, nəticədə ən azı 700 israilli həlak olub.[66] Baş verən hadisələrdən sonra İsrail hökuməti fövqəladə vəziyyət elan etməyə məcbur qalıb. İsrailin baş naziri Benyamin Netanyahu hücumların başlamasından sonra xalqa ünvanladığı müraciətində İsrailinmüharibə içində olduğunu bildirib.[55][67][68]
İsrailə sızan fələstinli yaraqlılar Qəzzə zolağının yaxınlığındakı bir neçə Kibbutz kollektiv icmasına, eləcə də Sderot şəhərinə daxil olublar.[69]Qəzzə zolağındaHəmasın təsir dairəsindəki Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə silahlı toqquşmalarda və hava hücumları zamanı ilkin olaraq 400 fələstinli, o cümlədən mülkü şəxslər 78 uşaq və 41 qadın həlak olub.[70] İsrail Silahlı Qüvvələridə 400-dən çox terrorçunun zərərsizləşdirildiyini təsdiqləyib.[71]
Həm Fələstin, həm də İsrailə məxsus media qurumları, fələstinlilər tərəfindən çoxlu sayda İsrail Silahlı Qüvvələrinə mənsub əsgər və zabitləri, mülkü şəxsləri o cümlədən məktəbli uşaqları girov götürdüklərini təsdiq ediblər.[72] Girovların böyük əksəriyyəti qısa zamanda Qəzzə zolağının dərinliklərində yerləşən Həmasın məntəqələrinə aparılıb. Həmas tərəfindən başladılmış Əl-Əqsa Fırtınası əməliyyatının ilk saatlarından etibarən İsrail vətəndaşlarına qarşı çoxsaylı zorakılıq halları qeydə alınmışdır. Hücum günü Reim şəhəri yaxınlığında təşkil edilən musiqi festivalındakı qətliam da bunlara misal göstərilə bilər.[73][74]
Reim musiqi festivalı qətliamında ən azı 260 nəfər həlak olub.[75][76][77][78][79]
Həmasa əsir götürülmüş İsrail vətəndaşlarına qarşı şəriətin əsirlərə tələb etdiyi davranış qaydaları çərcivəsində davranılması ilə bağlı bəzi çağırışlar edilib.[80]İsrail Silahlı Qüvvələri vətəndaşlarının əsir götürülməsi və Qəzzə zolağına aparılmasına qarşılıq olaraq, Qəzzədə yerləşən xəstəxana binasını vurub[81] və nəticədə Fələstin tərəfdən həlak olanların sayı 200 nəfəri keçib.[82][83]
Həmas rəsmisi İranın Fələstin Dövlətini dəstəklədiyini və baş vermiş döyüşlərin İordan çayının qərb sahilində yəhudi məskunlaşanlarına qarşı başadılan etirazlara edilən qanlı hücumlara cavab məqsədi daşıdığını iddia edib.[84]
Qərb dövlətləri Həması zorakılıqda günahlandırıb və təşkilat tərəfindən istifadə edilən taktikaları terrorizm elementləri kimi təsvir edib.[85] Bəzi müsəlman ölkələri isə Fələstin Dövlətinin ərazilərinin İsrail tərəfindən işğal edilməsi səbəbindən fələstinlilərin öz müqəddəratları uğrunda mübarizə aparmağa haqqlarının olduqlarını bəyan ediblər.[86][87][88]
Fələstinli silahlı qruplar 7 oktyabrda başladılmış hücumları Əl-Əqsa Tufanı əməliyyatı (ərəb.عملية طوفان الأقصى; ʿamaliyyat ṭūfān al-ʾAqṣā) formasında adlandırıblar.[89][90]İsrail tərəfi əks-hücum döyüşlərini Dəmir Qılınclar əməliyyatı (ivr. מבצע חרבות ברזל ; Mivtsa harvot barzel) adı altında elan edib.[91]
Bir sıra xəbər agentlikləri və hərbi ekspertlər Ərəb-İsrail müharibələrinə işarə edərək, döyüşləri Üçüncü İntifada kimi şərh edir.[92][93][94] Digər bir qrup isə döyüşlərin başlanıldığı gün keçirilən eyni adlı bayram münsibəti ilə Sukkot müharibəsi adlandırmasından istifadə edir.[95][96] Hücumun qəfil təşkil edilməsi və İsrailin hazırlıqsız yaxalanması səbəbindən hadisələri İsrailin 11 sentyabrı kimi təsvir edən agentliklərdə mövcuddur.[97][98]
İsrailin 2005-ci ildə Qəzzə zolağından öz qoşunlarını çıxarmasından və 2006-cı ildə Fələstində təşkil edilən seçkilərdən sonra Qəzzə şəhərinə nəzarət Həmasın əlinə keçmişdir. 2007-ci ildə FƏTH üzərində qazanılan üstünlükdən sonra bölgədə Həmasın böyük ölcüdə nəzarəti hakimdir.[99] Siyasi problemlər fonunda Qəzzə zolağı 2007-ci ildən etibarən İsrail və Misir tərəfindən blokada şəraitində saxlanılmış, bu da Human Rights Watch kimi bir çox insan hüquqları təşkilatlarının bölgəni açıq hava həbsxanası adlandırmasına səbəb olmuşdur.[100] Qəzzə zolağının anklav vəziyyətində olması və Fələstin Dövləti ilə birbaşa quru bağlantısının olmaması səbəbindən qida, su və elektrik enerjisi kimi daxili təlabatlar İsrail resusları tərəfindən təmin olunmaqdadır.
Bundan əlavə, Qəzza dünyanın qalan hissəsi ilə bağlıdır və qida, su və elektrik enerjisi daxil olmaqla resurslara çıxış demək olar ki, tamamilə İsrail tərəfindən idarə olunur.[101] Blokada həyatı fələstinlilər üçün əhəmiyyətli iqtisadi çətinliklərə səbəb olub[102] və HƏMAS hər zaman Qəzzənın blokada şəraitində və bombardımdan altında saxlanılmasını hücumların legitim səbəblərindən biri kimi təqdim edib.[103]
2023-cü ildə İsrail-Fələstin münaqişəsində yeni mərhələnin əsası qoyulmuşdur. May ayına qədər hər iki tərəfdən döyüşçülər və dinc sakinlərdə daxil olmaqla, ən azı 247 fələstinli İsrail Silahlı Qüvvələri tərəfindən öldürülmüş, 32 israilli və iki xarici ölkə vətəndaşı isə fələstinli silahlıların hücumları zamanı həlak olmuşdular.[104]
2023-cü ildə İsrailin işğalı altında olan İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin sürətli şəkildə tikilməsi və İsraildə ifrat sağ hökumətin yenidən hakimiyyətə gəlməsi Fələstinlə olan münaqişəli vəziyyəti daha da alovlandırmışdır. Əl-Əqsa məscidi yaxınlığında aprel-may aylarında yaşanmış toqquşmalarda gərgin olan vəziyyəti pik həddə çatdırmışdır.[105]
Fələstinlilər üçün mühüm səhra komandirlərindən olan İzzəddin əl-Qəssam Briqadasının komandiri Məhəmməd Deif öz çıxışlarında Əl-Əqsa məscidinin İsrail hökuməti tərəfindən müntəzəm şəkildə təhqir edildiyini və son aylardakı hadisələr zamanı yüzlərlə fələstinlinin öldürülməsindən və yaralanmasının səbəbkarının İsrail hökuməti olduğunu bəyan etmişdir.[106][107] Səhra komandiri fələstinliləri və israil ərəblərini işğalclara qarşı mübarizə aparmağa və səddləri aşmağa dəvət edib. O, həmçinin, düşmən artıq səbrimizin qalmadığını və hücumlarının cavabsız qalmayacağını anlamalıdır — deyə əlavə edib.[108]
Hücumlar yəhudilərin Simşad Tövrat və Şabbat bayramı ərəfəsində[109] və Yom Kippur müharibəsinin başlanmasının 50-ci ildönümündən bir gün sonra qəfil şəkildə başlamışdır. Aktiv toqquşmalara qədər Qəzzə və İsraili ayıran səddin yaxınlığında üç həftəyə yaxın davam etmiş kiçik toqquşmalar baş verib. Həmas və İsrail 29 sentyabr tarixindən döyüşlərin başladığı tarixə qədər Qətər, Misir və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə mümkün atəşkəs haqqında danışıqlar belə aparıblar, ancaq konkret nəticə əldə olunmayıb.
Ərəb-İsrail müharibələrinin sülh yolu ilə sonlandırılması aparılan danışıqlarda əsas rollardan biri Səudiyyə Ərəbistanına məxsusdur. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ötən il aparılan danışıqların ilk dəfə real hədəfə yaxınlaşdığını elan etmişdi. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında İsrailin Qəzzəda baş verənlərlə bağlı xəbərdar edildiyi və artan zorakılığın mümkün toqquşmalarla əvəzlənmə ehtimalının yüksək olduğu barədə məlumatlandırıldığı əks olunub.[110]Fələstin İslami Cihad Təşkilatının sözçüsü İsrail vətəndaşlarını mülki hesab etmədiklərini açıqlayıb: Biz mülki insanları öldürmürük. Bu, hərbi cəmiyyətdir. Hökumətlərini seçənlər onlardır.[111]
2023-cü ilin 7 oktyabr tarixində İsrail vaxtı ilə səhər saat 06:30 radələrində HəmasQəzzə zolağından 5.000-dən çox raket atıldığını bəyan edərək Əl-Əqsa Tufanı əməliyyatı adını verdikləri əməliyyata başladığını rəsmən elan etmişdir.[112] 20 dəqiqə müddətində İsrail ərazilərinə beş mindən çox raket zərbəsi endirilib. İsrail mənbələri Qəzzədan ən azı 3.000-dən çox mərminin atıldığını və ilkin məlumatlara görə ən azı 5 nəfərin həlak olduğunu açıqlayıblar.[55][77][113]
Partlayışlar zolağı əhatə edən ərazilərdə və Şaron düzənliyində Gedera, Herzliyya[69], Tel-Əviv və Aşkelon[77] kimi şəhərlərdə qeydə alınıb. Beer-Şeva, Yerusəlim, Rexovot, Rişon-le-Sion və Palmaçim aviabazasında[114][115] da hava hücumuna görə həyəcan siqnalları işə salınıb. Həmas ərazidə yaşayan müsəlman əhalini silahlanmaya çağırıb və Məhəmməd Deif hər yerdəki müsəlmanları hücuma keçməyə çağırıb Fələstinli yaraqlılar həmçinin Qəzzə zolağı yaxınlığındakı İsrail qayıqlarına atəş açıblar, səddin şərq hissəsində fələstinlilər İsrail ordusu mənsubları arsında toqquşmalar baş verib.
Həmas axşam saatlarına doğru İsrail istiqamətində daha 150 raket zərbəsi endirib. Hücumların Yavne, Givatayim, Bat-Yam, Beit-Daqan məntəqələrində dağıntılara səbəb olduğu bildirilir. 8 oktyabr tarixinin səhər saatlarında Aşkelonun mərkəzi xəstəxanasına Həmasın atdığı raketlərdən biri dəyib. Həmin gün ərznidə Sderot şəhəri 100 dəfə yaxın raket zərbəsinə məruz qalıb. 9 oktyabrda Tel-Əviv istiqamətində atılan raketlərdən biri Ben-Qurion Beynəlxalq Hava Limanının əsas terminal binasının yaxınlığında yerə düşüb.
Həmas hücumlar zamanı təkcə raket zərbələri ilə kifayətlənməyib. Eyni zamanda təxminən min nəfərə yaxın fələstinli yaraqlı yük maşınları, pikaplar, motosikletlər, buldozerlər, sürətli qayıqlar və paraplanlardan istifadə etməklə Qəzzə zolağındanİsrailə doğru sızıblar.[112] Sosial şəbəkələrdə yayılmış video və fotolarda qara maskalardan istifadə edən yaraqlıların yük maşınları və motosikletlərlə hərəkət etdiyi görünür. Hadisənin ilk günü Sderot şəhərinə qəfil daxil olan yaraqlılar küçədə rastlarına çıxan bir necə İsrail vətəndaşını qətlə yetirib. Yayılmış videolarda İsrail Silahlı Qüvvələrinə məxsus yanmış tank və İsrail ordusuna aid yük maşınlarını sürən yaraqlılar əks olunmuşdur.[55][116]
7 oktyabr hücumu eyni zamanda Reim musiqi festivalı qətliamı ilə də yadda qalıb. Musiqi festivalı keçirilən əraziyə qəfil daxil olan silahlı yaraqlılar ətrafa açdıqları xaotik atəşlər nəticəsində ən azı 260 nəfər festival iştirakçısı həlak olub. Hadisə şahidlərinin ifadələrinə görə gülləborandan qaçmağa çalışan dinc sakinləri motosikletlərlə hərəkət edən Həmas mənsubları qovalayıb və bir necəsini yoldaca öldürməyə nail olublar. Yayılmış videolarda bəzi festival iştirakçılarının əsir götürüldüyü görülməkdədir.
Nir Oz, Beeri və Netiv HaAsara kimi kiçik kibbutz kollektivlərinə soxulan yaraqlılar küçədə rastlarına çıxan şəxslərə atəş açıblar və bəzilərini girov götürüblər.[117] Qəzzə zolağının ətrafında yerləşən kibbutz kollektivlərində də silahlı toqquşmalar baş verib. Netiv HaAsaraya edilən basqın zamanı ən azı 15 nəfər həlak olub.[118]Ofakimdə də xeyli sayda girov ələ keçirilib, Sderot şəhərində fərdi yaşayış evlərinə daxil olan yaraqlılar onları yandırıblar. Həmas İsrailin əlində saxladığı fələstinli məhbusların hər birini dəyişmək üçün yetərli əsir olana qədər İsrail vətəndaşlarını əsir götürməyə davam edəcəyini bəyan edib.[119]
↑"Hamas: Iran backed the attacks"(ingilis). BBC News. 7 October 2023. 8 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2023. A Hamas spokesperson earlier told the BBC that the militant group had backing from its ally, Iran, for its surprise attacks on Israel
↑Margalit, Ruth. "Waking to an Attack from Hamas". The New Yorker. 7 October 2023. 8 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2023. In Israel, there is already talk about this being the beginning of a protracted 'Sukkot War.'
↑"Fears of a ground invasion of Gaza grow as Israel vows 'mighty vengeance'". 8 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2023. Hamas said its unprecedented offensive by land, air and sea was in response to the desecration of the Al Aqsa Mosque as well as Israeli atrocities against Palestinians over the decades. These include the 16-year blockade of Gaza, Israeli raids inside West Bank cities over the past year, increasing attacks by settlers on Palestinians as well as the growth of illegal settlements.