Yosip Frank (serb-xorv. Jосип Франк, Josip Frank; 16 aprel 1844[1][2][…], Osiek[d] – 17 dekabr 1911[1][2][…], Zaqreb, Transleytaniya) — Xorvatiya vəkili, hüquqşünas və siyasətçi, Xorvatiya parlamentində Hüquq Partiyasının (1861—1929) tanınmış nümayəndəsi və Avstriya-Macarıstanda xorvat milli maraqlarının müdafiəçisi.
Yosip Frank | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1844[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 dekabr 1911[1][2][…] (67 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | vəkil, siyasətçi, hüquqşünas |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hüquq[3], siyasət[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Yəhudi ailəsində anadan olmuşdur.[4] Osiyek gimnaziyasında oxumuşdur. 1872-ci ildə Vyana Universitetində hüquq təhsilini bitirdikdən sonra Zaqrebə köçdü və hüquqşünas kimi işləməyə başladı. Frank Hüquq Partiyasının rəhbəri olanda, siyasi proqramda serbofobiyanı kəskin şəkildə artırdı. Frank ardıcıl olaraq xorvat xalqını Avstriya-Macarıstanın Balkanlarda dayağı, serbləri isə əsas düşmənləri kimi təqdim etməyə çalışırdı. 1900-1902-ci illərdə Frank tərəfdarları Zaqreb, Karlovats və Slavonski-Brodada bir neçə serb qırğınları təşkil etdilər.[5]