Aleksey Yakovleviç Kapler (11 oktyabr, 1904, Kiyev, Ukrayna-11 sentyabr, 1979, Moskva, Rusiya) ssenari müəllifi.
Aleksey Kapler | |
---|---|
rus. Алексей Яковлевич Каплер | |
Doğum adı | Лазарь Яковлевич Каплер[2] |
Doğum tarixi | |
Doğum yeri | Kiyev, Rusiya imperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Partnyorları | |
Fəaliyyəti | ssenari müəllifi, yazıçı |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0438412 |
Aleksey Yakovleviç Kapler 11 oktyabr 1904-cü ildə Kiyevdə anadan olub. 1920-ci ildən Kiyev teatrlarında aktyor və rejissor işləmişdir. Həmçinin həmkarları ilə birgə Kiyevdə eksperimental teatr olan "Arlekin" teatrını açmışdır. Kinoda 1926-cı ildən fəaliyyət göstərmişdir. Aktyor kimi Rusiya istehsalı olan "Şinel" (1926) filmində çəkilib. "Tələbə qız" (1930), "Donbass" (1931) filmlərinin rejissoru, "3 yoldaş" (1935), "Mədənçilər" (1937), "Dəmir mələk" (1942), "Mavi quş" (1976) filmlərinin ssenari müəllifidir. 1939-cu ildən isə ÜDKİ-də dərs demişdir. 1943-cü ildə səbəbsiz olaraq repressiya edilmiş və yalnız 1954-cü ildə azadlığa buraxılmışdır. SSRİ dövlət mükafatı laureatı (1941), Rusiya əməkdar incəsənət xadimi (1969) Aleksey Kapler 11 sentyabr 1979-cu ildə vəfat edib.