Yunanıstanın səsi (yun. Η Φωνή της Ελλάδας) — Yunan beynəlxalq ictimai radiostansiyası. ERT-ə (Yunan radio və televiziyası) daxildir.
Yunanıstanın Səsi | |
---|---|
Ölkə | Yunanıstan |
Tezlik | 9.420 kilohertz, 11.645 kilohertz, 9.935 kilohertz |
Yayım ərazisi | Beynəlxalq yayım |
Başlama tarixi | 1947-ci il |
Sahibi | Dövlət |
Rəhbərlik | Yunan Krallığının Nazirlər Şurası |
Sayt | webradio.ert.gr/i-foni-tis-elladas |
İlk qısadalğalı radio proqramları 1940-cı ilin oktyabr ayında, Yunan-İtalyan müharibəsi zamanı Afinanın mərkəzində və Balkan yarımadası istiqamətində quraşdırılmış kiçik bir ötürücü vasitəsilə yayımlanırdı.
1947-ci ildə ЕIPТ qısa dalğalarla yunan və 12 xarici dildə 7.5 kW ötürücü vasitəsilə Kipr, Misir, Türkiyə, Balkan yarımadası və Sovet İttifaqında beynəlxalq xarici dil radio bloklar şəbəkəsini işə saldı. 1972-ci ildə Avlisdə — Afinanın şimal-şərqində olduqca güclü bir ötürücü mərkəz açıldı. 2000-ci ilin əvvəllərində "Yunanıstanın Səsi" radiostansiyası xəbərləri dünyanın müxtəlif bölgələrinə həm yunan, həm də müvafiq ölkənin dilinə uyğun 50 dəqiqəlik blokları 10 dəqiqəlik əlavələrlə — qısa və orta dalğalı proqramlarla nümayiş etdirirdi. Məsələn, Sovet İttifaqı istiqamətində olan blok Moskva vaxtı ilə 17:00 və 21:00-da, saatın yarsından rus dilində xəbərlər proqramına qoşulurdu. Vaxtın qalan hissəsini isə Yunanıstanda baş verən hadisələr və yunan dilində musiqilər təşkil edirdi. 24 saat fəaliyyət göstərən beynəlxalq ERA 5 adlı radiostansiyanın buraxılışından sonra radiostansiyanın xaricidilli blokları ERA Beynəlxalq Şəbəkəsinə (yun. ΕΡΑ Διεθνες Δικτυο) qoşuldu.
1999-cu ildə ERT ultrasəs və orta dalğalarla (665AM) imiqrantlar üçün fəaliyyət göstərən "Dostluq" yun. φιλία (106.7) radisotansiyasını yayımladı. Daha sonra ERA 5 yalnız yunan dilində yayımlanmağa başladı. Bu dövrdə Yunan radiostansiyasının Beynəlxalq Yayım Departamenti iki ayrı proqram buraxdı:
11 iyun 2013-cü il Yunanıstan Respublikasının Nazirlər Şurası ERT-in dağıdılmasına qərar verdi. ERA 5 proqramı artıq bağlanmşdır. FILIA 106.7 isə Yunanıstanda verilişləri gündəlik olaraq ultrasəs dalğaları ilə xarici dillərdə yayımlayan ΕΡΑ Αθήνας radiostansiyasına qoşulmuşdu.
11 iyun 2005-ci ildə ERT yenidən qısa dalğalarda (9420 Hs) yunan dilində xəbərləri, musiqili-informasiya verilişlərini "Xarici dil buraxılışı" proqramı ilə yayımlayan "Yunanıstanın Səsi" (Η Φωνή της Ελλάδας) adlı radiostansiyasına qoşuldu.