Yuran Məmmədov

Yuran Məmmədov (tam adı:Məmmədov Yuran Əli oğlu;bilinmir18 iyul 1984) — rəssam

Yuran Məmmədov
Məmmədov Yuran Əli oğlu
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR, Naxçıvan Sovet Muxtar Respublikası,Naxçıvan
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Riqa
Vəfat səbəbi Ürəkcatışmazlığı
Dəfn yeri Naxçıvan
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan SSR
Fəaliyyəti Rəssamlıq
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyası,Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyası
Janrlar Protret, natürmort, tematika kompozisiyalı tablolar
Təsirlənib Toğrul Nərimanbəyov

Məmmədov Yuran Əli oğlu 1934-cü il 15 apreldə Naxçıvan şəhərində anadan olmuşdur.

Qızı Günel Yuran rəssamdır. Moskvada yaşayır.[1]

18 iyun 1984-cü ildə Riqada vəfat etmişdir. Naxçıvanda dəfn edilib.

1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyasını,1960-cı ildə Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyasını bitirmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Sənət yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Protret, natürmort, tematika kompozisiyalı tablolar ( "Haçadağ", "Batabat", "Əlincə qalası", "Vayxır kəndi", "Araz", "Şahbuz mənzərələri", "Naxçıvanda bahar", "Bizim ailə", "Vətən uğrunda" və s.) yaratmışdır. 18 ildən çox Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşuçu rəssam işləmiş, onlarla tamaşaya ["Ölülər", "Dəli Yığıncağı" Cəlil Məmmədquluzadə), "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Yağışdan çıxdıq, yağmura düşdük" (Nəcəf bəy Vəzirov), "Sənsiz" Şıxəli Qurbanov, "Günəş" (Hüseyn Razi), "Alınmaz qala" (Həsən Elsəvər), "Toros canavarları" (Əziz Nesin), "Ağır cəza" R.Kauqver) və s.] tərtibat vermişdir.

Naxçıvanda,Bakıda Leninqradda (indiki Sankt-Peterburq), Baltikyanı respublikalarda fərdi sərgiləri keçirilmişdir. Əsərləri Rauf Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və s. muzeylərdə saxlanılır.

Xatirəsinə həsr olunmuş sərgilər

[redaktə | mənbəni redaktə et]

2004- cü ildə Azərbaycan Respublikası Mədəniyyət NazirliyiRəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda Vəcihə Səmədova adına sərgi salonunda 70 illik yubileyi münasibətilə anım günü və əsərlərinin sərgisi keçirilmişdir.

2005-ci ildə rəssamın Moskvada Dekorativ-Tətbiqi İncəsənət Muzeyində “Narın rəngi”, 2010-cu ildə Krokus-Ekspoda “Üslub və müasirlik”, 2012-ci ildə Mərkəzi Rəssamlar Evində “Tütək səsi”, 2013-cü ildə “ Səmanın ənginliyində” adlı sərgiləri keçirildimişdir.2014-cü ilin iyun ayında rəssamın 80 illik yubileyi münasibətilə MoskvadaBakıda əsərlərinin fərdi sərgiləri açılmışdır.[2]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 316-317. ISBN 5-8066-1468-9.
  1. "Naxçıvan təbiətinin ecazkarlığını sənətdə yaşadan rəssam". 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.
  2. "Ulu torpağa bağlı sənətkar". 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.