Yuri Baxşyan

Yuri Baxşyan (tam adı: Yuri Gurgeni Baxşyan, erm. Յուրի Գուրգենի Բախշյան; 28 iyun 1947, Gorus, SSRİ27 oktyabr 1999, İrəvan) — Ermənistan siyasətçisi, fiziki, professoru, Ermənistan Parlamentinin keçmiş spiker müavini. O, Ermənistan Parlamentində terror aktı zamanı qətlə yetirilmişdir.

Yuri Baxşyan
erm. Յուրի Բախշյան
Ermənistan Milli Məclisinin deputatı[d]
1995 – 27 oktyabr 1999
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1947(1947-06-28)
Doğum yeri
Vəfat tarixi 27 oktyabr 1999(1999-10-27) (52 yaşında)
Vəfat yeri
Partiya
  • Ermənistan Respublikaçılar Partiyası[d]
Təhsili
Fəaliyyəti siyasətçi, voleybolçu
Həyat yoldaşı
  • Anahit Baxşyan[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuri Gurgeni Baxşyan 28 iyun 1947-ci il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. O, 1965-ci ildə İrəvan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1970-ci ildə oradan məzun olmuşdur. Baxşyan 1970-ci ildən 1972-ci ilə qədər Qızıl Orduda xidmət göstərmişdir. O, 1972-ci ildən 1993-cü ilə qədər İrəvan Dövlət Universitetində dərs keçmiş, baş tədqiqatçı və Fizika və Riyaziyyat Məktəbinin direktor müavini olaraq çalışmışdır. Baxşyan 1990-cı ildən 1993-cü ilə qədər İrəvan Şəhər Şurasında müavin olaraq işləmişdir. O, 1993-cü ildən 1995-ci ilə qədər İrəvan Şəhər Şurasının İcraedici Komitəsinin sədrinin baş katibi olaraq çalışmışdır. Baxşyan 1995-ci ildə Ermənistan Parlamentinin deputatı olmuş, 1998-ci ildə Respublika Partiyasının spiker müavini seçilmişdir. Yuri Baxşyan 13 sentyabr 1999-cu ildə Ermənistan Parlamentinin keçmiş spiker müavini seçilmişdir.

Yuri Gurgeni Baxşyan 27 oktyabr 1999-cu il tarixində Ermənistanın paytaxtı İrəvan şəhərindəki dövlət parlamentində gerçəkləşən terror aktı zamanı qətlə yetirilmişdir.

Mükafat və təltiflər

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]