Slonimski, Yuri İosifoviç (13 mart 1902[2], Sankt-Peterburq – 23 aprel 1978[3][2], Leninqrad) — Sovet teatr tarixçisi, baletşünas, teatrşünas, dramaturq-librettist, müəllim, sənətşünaslıq namizədi (1948), professor (1962)
13 (26) mart 1902-ci Sankt-Peterburqda anadan olub.1918-ci ildə orta məktəbi bitirərək Petroqradın hüquq fakültəsinə daxil olur. Universiteti, eyni zamanda Petroqraddakı Rus Dram Məktəbində
oxumuş və 1918-ci ildə Sankt-Peterburq Balet Məktəbinin tələbələri A. İ. Sakselin, V. İ. Vainonen və G. M. Balançivadzedən (Balançine) fərdi dərslər almışdır[4]. 1919-cu ildə təxəllüsü ilə "Yu. Mamontov" balet tamaşalarının ilk resenziyalarını dərc etdi. 1920-ci ildə o, balet haqqında mühazirələr oxumağa başladı.[5]
1919-cu ildən Petroqrad Dəmir Yolu İdarəsində kargüzar, sonra Petroqrad Hərbi dairəsinin siyasi şöbəsinin mədəni-maarif şöbəsində işləyib. 1920-ci ildə sonunda o, Polşa Cəbhəsində 16-cı Ordunun siyasi şöbəsinə göndərilir, burada rəssamlar briqadasında müəllim işləyir. 1921-ci ildə ordudan tərxis olundu və universitetdə təhsilini davam etdirdi, eyni zamanda İncəsənət Tarix İnstitunda könüllü tələbə idi[6].
1924-cü ildə universiteti bitirdi və orduya çağrıldı, 1925-ci ilin oktyabrına qədər qısamüddətli əsgər kimi xidmət etdi.[7] Tərxis olunduqdan sonra o, polis orqanlarına işləməyə göndərilib, doqquz il orada əvvəlcə hüquqi vəzifələrdə (1930-cu ilə qədər), sonra isə operativ vəzifələrdə çalışıb. 1934-cü ildə səhhətinə görə işdən azad edilmişdir.
Müasir xoreoqrafiyanın nəzəriyyəsi və praktikası məsələlərinə dair çapda çıxış etmişdir. 1939-cu ildə Yazıçılar Birliyinə qəbul olunub. Elə həmin il Teatr və Musiqi İstitutunda işləməyə başladı.[8]
1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1962-ci ildən — Leninqrad Konservatoriyasının xoreoqraf kafedrasının professoru adını almışdır. 1978-ci il aprelin 23-də Leninqradda vəfat etmişdir.[5]
- Жизель. — Л.: Academia, 1926. — səh. 59
- Сильфида. — Л.: Academia, 1927. — səh. 57
- Дон Кихот. — Л., 1934.
- Жизель. — Л.: Издание Ленинградского ордена Ленина Государственного академического театра Оперы и Балета им. Кирова, 1934., səh. 24., 3000 nüsxə.
- Ледяная дева. — Л.: Издание Ленинградского ордена Ленина Государственного академического театра Оперы и Балета им. Кирова, 1934., səh. 20., 3000 nüsxə.
- "Египетские ночи", "Шопениана", "Карнавал". [Либретто и очерк художественной деятельности М. М. Фокина]. — Л., 1935.
- Мастера балета. К. Дидло, Ж. Перро, А. Сен-Леон, Л. Иванов, М. Петипа. — Л.: Искусство, 1937., səh.286., 5000 nüsxə.
- Советский балет. Материалы к истории советского балетного театра. — М.—Л: Искусство, 1950., səh.368., 5000 nüsxə.
- П. И. Чайковский и балетный театр его времени. — М.: Государственное музыкальное издательство (МУЗГИЗ), 1956., səh.336., 5000 nüsxə.
- The Bolshoi Theatre Ballet. — М.: Издательство литературы на иностранных языках, 1956., səh. 176
- Дидло. Вехи творческой биографии. — Л.—М: Искусство, 1958., səh. 264 ., 4000 nüsxə.
- Тщетная предосторожность. — Л., 1961.
- Лебединое озеро П. Чайковского. — Л.: Государственное музыкальное издательство (МУЗГИЗ), 1962. səh.80 ., (Сокровища Советского Балетного Театра). — 15 000 nüsxə
- Семь балетных историй. — Л.: Искусство, 1967., səh. 256., 10 000 nüsxə.
- В честь танца. — М.: Искусство, 1968., səh.402., 25 000 nüsxə.
- Жизель. Этюды. — Л., 1969.
- Балетные строки Пушкина. — Л.: Искусство, 1974. səh.184., 25 000 nüsxə.
- Драматургия балетного театра XIX века. — М.: Искусство, 1977., səh. 344 ., 10 000 nüsxə.
- Чудесное было рядом с нами. Заметки о петроградском балете 20-х гг. — Л.: Советский композитор, 1984. ., səh. 264 ., 10 000 nüsxə.
- "Kiçik su pərisi" 1923, D. D. Şostakoviç ilə birlikdə
- "Miladdan əvvəlki gecə" musiqisi B. V. Asəfiyev, 1938 — Moskva bədii balet, xoreoqraf F. V. Lopuxov
- "Bülbül" musiqisi M. E. Kroşner, A. N. Ermolayevlə ilə birlikdə, 1939 — Minsk Opera və Balet teatrı, xoreoqraf F. V. Lopuxov və A. N. Ermolayev
- "Kahin və onun işçisi Baldanın nağılı" musiqisi M. İ. Çulaki, 1940 — Leninqrad Malı Opera Teatrı, xoreoqraf V. A. Varkovitski
- "Günəş" 1941, A. Kalninsin musiqisi, A. N. Ermolaev ilə birlikdə (həyata keçirilməmişdir)
- "Bahar nağılı" musiqisi B. V. Asəfiyev, 1947 — S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrı, xoreoqraf F. V. Lopuxov
- "Gənclik" musiqisi M. İ. Çulaki, 1949 — Leninqrad Malı Opera Teatrı, xoreoqraf B. A. Fenster
- "Yeddi gözəl" musiqisi Q. Qarayev, 1952 — Bakı Opera və Balet Teatrı, xoreoqraf P. A. Qusev.
- Q. Qarayevin "İldırım yolu" musiqisi, 1958 — S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrı, xoreoqraf K. M. Sergeev
- "Ümid sahili" musiqisi A. P. Petrov, 1959 — S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrı, xoreoqraf İ. D. Belski
- S. M. Slonimskinin "İkar" musiqisi, 1971 — Bolşoy Teatrı, xoreoqraf V. V. Vasilyev
- Р. Фархадова — Балет "Семь красавиц" Кара Караева, Баку, 1957
- R. Fərhadova — Qara Qarayevin baletləri, Bakı, Elm, 1970
- L. Karagiçeva — Qara Qarayev, Bakı, Azərnəşr, 1968
Lüğətlər və ensiklopediyalar | |
---|
|