Yusif Kosayev (20 sentyabr 1955, Kirovabad – 19 yanvar 1990, Xanlar rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Yusif Kosayev | |
---|---|
Yusif Zahid oğlu Kosayev | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 1990 (34 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Yusif Zahid oğlu Kosayev 20 sentyabr 1955-ci il tarixində Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Atası Zahid müəllim idman ustası olub, Gəncə Dövlət Pedoqoji İnstitutunda idman müəllimi işləmişdir. Yusifin adını əmisi Bəşir Andrey qoymuş və sənədlərdə adı Andrey yazılıb. Ancaq hamı onu Yusif kimi tanımış və Yusif çağırmışlar. Orta məktəbi Gəncədə oxuyub qurtaran Yusif, həqiqi hərbi xidmət keçmiş və bir müddət Daşkəsən rayon Filizsaflaşdırma Zavodunda işləyib. 1988-ci ildən etibarən Milli Azadlıq Hərəkatında iştirak edib. Qarabağ uğrunda gedən müharibədə iştirak edib. 1990-cı ilin yanvar ayında millətin qeyrətli oğulları olan Rüzigar, Bəxtiyar, Abbasqulu ilə birlikdə Çaykənd-Todan istiqamətində döyüşə gedib.[1] 1990-cı ilin yanvar ayının 19-da Çaykənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Gəncənin ilk şəhidlərindən biri olan Yusif Gəncə şəhəri fəxri xiyabanında dəfn edilib.[2] Sonralar Gəncə şəhəri fəxri xiyabanındakı qəbirüstü abidəsi yenidənqurularaq "Gəncənin ilk şəhidləri"ndən biri kimi büstü qoyulmuşdur. Gəncə şəhərinin küçələrindən biri şəhid Yusif Kosayevin adını daşıyır.
Ailəli olub. Bir qız övladı var. Şəhid Yusif Kosayev əslən Goranboy rayonunun Fəxralı kəndindəndir.[3]
Qeyd: Yusif Zahid oğlu Kosayevin atasının adı bəzi mənbələrdə Zabit yazılmışdır. Zahidin adı əvvəl Zabit olub. O, əzizi Zahidi 16 yaşında itirdikdən sonra adını dəyişdirərək Zahid yazdırmışdır.