Yusif Şıxməmməd oğlu Məmmədov (1896—10 iyun 1983) — üzümçü, Sosialist Əməyi Qəhrəmanı (1949).[1]
Yusif Məmmədov | |
---|---|
azərb. Yusif Şıxməmməd oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Göydərə, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Göydərə, Culfa rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | üzümçü |
Mükafatları |
|
Yusif Şıxməmməd oğlu Məmmədov 1896-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Göydərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1935-ci ildə Voroşilov adına (sonra C.Cabbarlı adına) sovxozda başlamış, 1971-ci ilə qədər burada fəhlə işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni, ilə təltif olunmuşdur. Yusif Məmmədov 10 iyun 1983-cü ildə Culfa rayonunda vəfat etmişdir.[2][3]