Yusif Sadıqov (tam adı: Yusif Allahverdi oğlu Sadıqov) — 20 Yanvar şəhidi.[1]
Yusif Sadıqov | |
---|---|
Yusif Allahverdi oğlu Sadıqov | |
Doğum tarixi | |
Doğum yeri | Cil, Göyçə mahalı, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | Sovet Ordusunun təcavüzü |
Dəfn yeri | Şəhidlər Xiyabanı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | nişanlı |
Atası | Allahverdi |
Anası | Kəhriz |
Milliyyəti | azərbaycanlı |
Yusif Allahverdi oğlu Sadıqov 1964-cü ildə Ermənistan SSR-nin Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1981-ci ildə Cil kənd orta məktəbini qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada oxuyurdu. Təzə nişanlanmışdı, tezliklə toyu olacaqdı ailənin sonbeşiyi Yusif Sadıqovun[2].
O müdhiş gecədən bir gün əvvəl Yusif bacısı Sayalı xanımla söhbətində deyib ki, azadlıq uğrunda həlak olanlar ölmür, şəhid olurlar, azadlıq isə qurbansız olmur. Bəli, azadlıq yolunda, suverenlik yolunda həlak oldu Yusif. Özü də 26 yaşı tamam olduğu gün. Atası Sadıqov Allahverdi yanvarın 20-də Yusifin papağını Salyan kazarmasının yanından tapıb. O gündən ilim-ilim itib Yusif. Fevralın 4-də onun atası yenidən Semaşko adına xəstəxanaya gedir. Ölüxanada bir sağ qoldan çıxan paltarları ona göstərirlər. Atası oğlunun paltarlarını tanıyır. Kəsik qolundan çıxan paltarlar bunlardır: palto, pencək, köynək, jilet, alt köynək. Buna görə də valideynləri belə hesab edir ki, Yusif həlak olub. Bədən isə yoxdur. Onun sağ qolu Şəhidlər xiyabanında basdırılıb.