Yuxarı Bavariya hersoqluğu (alm. Herzogtum Oberbayern) — Müqəddəs Roma İmperiyasının tərkib hissələrindən biri. 1255-ci ildə ilk Bavariya bölgüsündən 1340-cı ildə Bavariyanın yenidən birləşməsinə qədər və 1349-cu ildən ikinci Bavariya əyalət bölgüsündən 1363-cü ildəki hersoq Maynhardın ölümünə qədər mövcud olmuşdur. Bundan sonra əvvəlcə Aşağı Bavariya hersoqluğu Bavariya-Landsxuta, Yuxarı Bavariya isə Bavariya-Münhen və Bavariya-İnqolştadta bölündü.
Tarixi dövlət | |||
Yuxarı Bavariya hersoqluğu | |||
---|---|---|---|
alm. Herzogtum Oberbayern | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Landsxut varislik müharibəsindən sonra Bavariyanın yenidən birləşməsinə qədər olan dövrdə müstəqil qismən hersoqluq kimi mövcud olan Bavariya-Münhen hersoqluğu, xüsusən də Bavariya-İnqolştadtın birləşməsindən sonra tez-tez Yuxarı Bavariya Hersoqluğu kimi xatırlanırdı. Yuxarı Bavariya hersoqluğu termini 1808-ci ilə qədər I Maksimilianın tapşırığı ilə qraf Maks İosif fon Monjela tərəfindən yenidən təşkil edilənə qədər Bavariya kürfürstlüyünün Münhen və Burqhauzen ərazisi üçün istifadə edildi. Daha sonra I Lüdviq tərəfindən "dövlətin ayrı-ayrı əsas hissələrinin adlarının qaytarılması" üçün 1837-ci ildən bəri Yuxarı Bavariya inzibati dairəsi yaradıldı.