Yuxusuzluq (film, 2002)

Yuxusuzluq ( Insomnia )Kristofer Nolanın [4] detektiv trilleridir, Erik Şoldberqin eyni adlı Norveç filminin remeykidir.[5]

Yuxusuzluq [1]
Insomnia
Janr Psixoloji, macəra
Rejissor Kristofer Nolan
Prodüser

Emma Tomas Broderick Conson Paul Junger Vitt Andrev A. Kosov

Eduard L. McDonnell
Ssenari müəllifi Hilari Seitz
Baş rollarda

Al Paçino, Martin Donovan, Robin Vilyams,

Pol Duli
Operator Uolli Pfister
Bəstəkar David Culian [2]
İstehsalçı

Varner Bros

Alcon Entertainment
Distribütor InterCom[d], Netflix
İlk baxış tarixi 2002, 10 oktyabr 2002[3]
Müddət 118 dəq.
Büdcə 46 000 000$
Gəlir 113 714 830$
Ölkə ABŞ
Dil ing.
İl 2002
Rəng Rəngli
Çəkiliş yeri Vankuver
IMDb ID0278504

Film Alyaskanın Naytmut adlı kiçik şəhərində baş verir. Şəhərin dinc həyatı 17 yaşlı Kay Connellin (Crystal Lov) öldürülməsi ilə pozulur, onun cəsədi isə poliqonda tapılır. Bu işi araşdırmaq üçün polis detektivləri Uill Dormer (Al Paçino) və Hap Exart (Martin Donovan) Los Ancelesdən Alyaskaya gəlirlər. Onlara yerli polis, Dormerin istintaq işlərinin həvəskarı olan gənc detektiv Elli Burr (Hilari Suonk) kömək edir. Vəziyyət əvvəlki işlərindən birini araşdıran Dormerin, şübhəlilərdən birinə qarşı dəlil uydurdurması və həbs olunması faktı ilə daha da ağırlaşır. Lakin Exart bu barədə xəbər tutur və Dormerin toxunulmazlığı üçün Los-Ancelesə qayıtdıqdan sonra ona qarşı ifadə verəcəyini vəd edir. Polis əməkdaşları öldürülən Kayın çantasını qayıq stansiyasında tapırlar.[6] Dormer, bu çantanın axtarışı barədə radioda reklam verməyi və "canlı yem" üsulu ilə qatili tutmağı əmr edir. Pusqu qurduqları zaman bir şübhəli hadisə yerinə gəlir. Onu tutmaq mümkün deyildi, çünki şübəli stansiyada gizli bir çuxurda gizlənirdi.[7] Sonra Dormerin rəhbərlik etdiyi polislər, şübhəli şəxsi qalın sis olan meşədə təqib edir. Gizlənən qatil polislərdən birini ayağından yaralayır, ancaq güllə yan keçir. Dormer, dumanda qaraltı görür və onun qatil olduğunu zənn edərək ehtiyat revolverindən vurur. Xəsarət alan şəxsin yanına tələsik qaçan Dormer, şübhəlinin tərk etdiyi 38 kalibrli tapançanı tapır. Sonra qatili deyil, Exartı vurduğunu görür. Tərəfdaşının qətlini hər kəsdən gizləyən Dormer Exartın şübhəli tərəfindən öldürüldüyünü deyir. O, həmçinin 38 kalibrli tapançanı tapdığından da söz açmır. Ellie Burr meşədəki atışmanı araşdırmaq üçün cavabdehdir. O və komandası polis məmurunun yaralandığı 38 kalibrli gülləni tapmağı bacarır. Elə həmin gecə Dormer bir xiyabana girib, tapançadan atəş açır, gülləni çıxarır və təmizləyir. Sonra meyitxanaya gedirək, burada Exartın bədənindən çıxarılan gülləni patoloqdan götürür və 38 kalibrli güllə ilə əvəz edir. Növbəti bir neçə gün ərzində Dormer Exartın öldürülməsində günahkarlıq və vicdan əzabı hissi yaşayır. Elə bu səbəbdən də yaranan yuxusuzluqdan əziyyət çəkir. Günəş işığı isə bu əzabı daha da şiddətləndirir. Bundan əlavə Kayın qatili Dormerin partnyorunu öldürdüyünü bilir və onunla əlaqə qurmağa başlayır. Polis Kayın yerli yazıçı Valter Finçin (Robin Vilyams) fanatı olduğunu biləndə Dormer onun evinə gedir. Bu zaman Finç evə qayıdır, ancaq mənzildə tək olmadığını anlayır. Dormer onu görəndə isə qaçır. O, yenidən Finçin mənzilinə qayıdır və onu şübhəli kimi göstərmək üçün havalandırma otağında meşədə tapdığı silahı gizlədir. Bir müddət sonra Finch Dormer ilə əlaqə saxlayır və izdihamlı bir yerdə görüş keçirir. Finç şübhəni özündən Randiyə — Kayın məktəbdə tanış olduğu oğlana (Conatan Cekson) ötürmək istəyir,. Qarşılığında, Dormerin Exartı öldürdüyünü heç kimə söyləməyəcəyinə söz verir. Bundan sonra Finç, Dormeri tək buraxaraq bərə ilə yola düşür və detektivə danışıqlarını yazdığı səs yazıcısını göstərir. Növbəti gecə Finç yenidən Dormeri çağırır və Kayın ölümünün "qəza" olduğunu söyləyir. Ertəsi gün Finç, Randinin Kayı təhdid etdiyi bir silah olduğunu iddia edərək, polis bölməsində yalan ifadə verir. Dormer Finçin havalandırma otağında gizlətdiyi silahı tapdığını və Randinin evində gizlətdiyini başa düşür. Polis dərhal Randinin evinə yola düşür, orada meşədə atəş edilən, 38 kalibrli tapançanı tapır.[8] Randi həbs olunur. Yerli polis Burr Exartın ölüm yerinə qayıdır və orada hadisələrin gedişatına sığmayan 9 mm tapançadan bir hissə tapır. Dormerin eyni 9 mm tapançası olduğunu isə onun araşdırdığı işlərdən birinin materialında tapır. Bu dəlilləri müqayisə edərək, Burr Exartın ölümündən şübhələnməyə başlayır. Bu vaxt vicdan əzabı çəkən Dormer araşdırma ilə əlaqədar yaşadığı otelin sahibinə əvvəllər araşdırdığı cinayətdə uşağı öldürməkdə günahkar olan pedofilin mühakimə olunmasına kömək etmək üçün dəlil uydurduğunu, tərəfdaşı Exartın isə bu barədə məlumat tapdığını deyir. Amma, Exart bu barədə kiməsə demədən ölür. Hər şeyin düzəldilməsini ümid edən Burr Finçin evinə gəlir. Bu sırada atəş açılır. Dormer Burrun köməyinə gəlir. O, tək başına Finçin öhdəsindən gəlmək istəyir, lakin, yuxusuzluğu buna imkan vermir. Burr oyanır və Dormerə ortağının öldürülməsi barədə bildiklərini söyləyir. Dormer etiraf edir ki, bunun bir qəza olub olmadığına artıq əmin deyil. Bu zaman anbarda olan Finç onlara ov tüfəngi ilə atəş etmək istəyir. Dormer Finç ilə döyüşə girir, nəticədə Finç ölür, Dormer isə ölümcül yaralanır. Burr Exartın qətlinin təsadüf olduğunu söyləyir və sonra hər şeyi gizli saxlamaq üçün əlindəki dəlili atmaq istəyir. Ancaq Dormer, Burra prinsiplərini dəyişdirməməyi deyir və yuxuya getməsinə icazə verməyini xahiş edir.[9]

Yuxusuzluq 2001-ci ilin aprel-iyun ayları arasında lentə alınıb. Açılış səhnə Alyaskanın Valde yaxınlığındakı Kolumbiya buzlaqı üzərində lentə alınıb.[10] Finçin mənzilinin yerləşdiyi və giriş səhnəsinin baş verdiyi Umkumuit kəndi Port Albernidəki Vankuver Adasında lentə alınıb. Son səhnə üçün, çəkiliş qrupu Finçin göl evini sıfırdan inşa edir və 2001-ci il iyunun sonunda çəkildikdən sonra sökülür.[11]

  • Al Paçino — Uill Dormer
  • Robin Uiliyams — Valter Finç
  • Hilari Suonk — Elli Burr
  • Maura Tierney — Rachel Clement
  • Martin Donovan — Hap Exart
  • Niki Keyt — Fred Duggar
  • Paul Dooley — Chief Nyback
  • Crystal Lowe — Kay Connell
  • Jay Brazeau — Françis
  • Larry Holden — Farrell
  • Kerry Sandomirsky — Trish Exart
  • Lorne Kardinal — Riç
  • Katerina İzabell Tanya Francke
  • Conatan Cekson — Rendi Stetz

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • 2003Saturn mükafatı üçün iki nominasiya: Əvəzləyici rolda ən yaxşı aktyor (Robin Williams)
  • Ən yaxşı ssenari (Hillary Sitz)
  • 2003 — Ən yaxşı montaj üçün "Peyk" mükafatına namizədlik (Dodi Dorn) [14]
  1. "Insomnia" (ing. ). boxofficemojo.com. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  2. "Julian, David: Filmography" (ing. ). clever-geek.github.io. 2019-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  3. IMDb (ing.). 1990.
  4. Dean Kish. "Interview: Christopher Nolan talks about Insomnia and other future projects" (ing. ). showbizmonkeys.com. 1 may 2002. 19 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  5. "Insomnia" (ing. ). britannica.com. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  6. Lisa Schwarzbaum. "Insomnia" (ing. ). ew.com. 31 may 2002. 17 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  7. Dean24. "Рецензия к фильму "Бессонница"" (rus. ). kinonews.ru. 14.08.2012. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  8. "Бессонница" (rus. ). film.ru. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  9. Stuart Heritage. "Insomnia: Robin Williams and Al Pacino grapple with darkness – film on TV recap" (ing. ). theguardian.com. 23 avqust 2014. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  10. "Insomnia:Production notes" (ing. ). robin-williams.net. 2019-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  11. Michael D. Reid / Times Colonist. "Robin Williams endeared himself during Port Alberni shoot" (ing. ). timescolonist.com. 11 avqust 2014. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  12. "Фильм Бессонница" (rus. ). ivi.az. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
  13. Mike Eisenberg. "Insomnia" (ing. ). screenrant.com. 14 iyun 2010. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyanbr 2019.
  14. "Insomnia" (ing. ). imdb.com. 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]