Zöhrab Ramazan oğlu Zeynallı (1938, Ordubad) — Prezident təqaüdçüsü, veteran jurnalist və əməkdar mədəniyyət işçisi.
Zeynallı Zöhrab Ramazan oğlu | |
---|---|
Doğum tarixi | 1938 |
Doğum yeri | |
Milliyyəti | Azərbaycnalı |
İxtisası | Jurnalist |
Təhsili | Ali |
Kərbəlayi Zöhrab Ramazan oğlu Zeynallı 1938-ci il yanvarın 25-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Zöhrab müəllim Azərbaycanın görkəmli jurnalisti Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri proqramının baş direktoru, "Qızıl qələm","Həsən Bəy Zərdabi" mükafatı laureatıçısı, əməkdar mədəniyyət işçisi, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür eləcə də görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor, müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan Fərhad Zeynalovun qardaşıdır. Ailəlidir, 2 övladı var.
İlk təhsilini Ordubad rayonu, Əylis kəndində yerləşən M. T. Sidqi adına 1 №-li orta məktəbdə almışdır. Orta məktəbi yüksək qiymətlərlə başa vurduqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinə daxil olmuşdur. 1962-ci ildə Universiteti bitirərək gənc jurnalist diplomu alan Z. Zeynallı təhsilini davam etdirmək məqsədilə yenidən Universitetə öz sənədlərini vermiş və 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin ərəb şöbəsinin axşam növbəsinə qəbul olunmuşdur. Bu dövrdə əmək fəaliyyətinə başlamasına baxmayaraq təhsilini davam etdirmiş və 1976-cı ildə ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Moskvada İctimai Elmlər Akademiyasında yüksək ali təhsil alan bir neçə Azərbaycan jurnalistindən biri olmuşdur.
Əmək fəaliyyətinə 1957-ci ildə universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatında[1] başlamış və nəşriyyat işinin incəliklərini dərindən öyrəndikdən sonra yenidən təhsil almaq qərarına gəlmişdir. İkinci təhsilini 1964-cü ildə başa vurduqdan sonra isə Azərbaycan Dövlət Teleradiosuna dəvət edilmiş 2007-ci ilin yanvar ayınadək Dövlət Teleradio verlişləri komitəsində şöbə müdiri, baş redaktor və proqram direktoru kimi məsul vəzifələrdə çalışmışdır. Zöhrab müəllim 28 il Azərbaycan Milli Radiosunun[2] baş proqram direktoru vəzifəsində şərəflə işləyərək ömrünün yarım əsrə yaxınını radiojurnalistikaya həsr etmiş və ölkənin ilk ədəbi-bədii və informasiyalı radio yayımı "Araz" proqramının yaradıcılarından biri olmuşdur. Hal-hazırda isə Nəsirəddin Tusi adına Xeyriyyə Cəmiyyəti idarə heyəti sədrinin müavinidir
Zöhrab Zeynallının dövrü mətbuatda eləcə də Radioda onlarla dəyərli yazıları dərc olunmuş və Radio kompozisiyaları səsləndirilmiş və hələ də Radionun qızıl fondunda yüzlərlə verlişi saxlanılmaqdadır. Onun dövrü mətbuatda 20 yanvar faciəsinə həsrt etdiyi "Qanlı Yanvar faciəsi" və "Efirin göz yaşları"[3] yazıları çap olunmuşdur. Bununla yanaşı Azərbaycanın görkəmli diktoru, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı olmuş Aydın Qaradağlıya həsrt etdiyi "Nəğməyə dönmüş ömür"[4], Azərbaycanın mühacir şairi olan Almas İldırımın 100 illiyinə həsr etdiyi Radio-kompozisiya eləcə də Azərbaycan türkü olan ustad Məhəmmədhüseyn Şəhriyar həyatından bəhs edən Radio verlişləri Milli Radiomuzun "Qızıl fondunun" bəzəyidir.
Z. Zeynallı Azərbaycan Jurnalistlər Birliyi Məclisinin üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi eləcə də Azərbaycan Jurnalistlər Birliyi tərəfindən təqdim olunan "Qızıl Qələm" və Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçilən "Həsən Bəy Zərdabi" mükafatı laureatçısıdır. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüd"-çüsü adına isə 2006-cı ildə Azərbaycan Radiosunun 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə layiq görülmüşdür. 2018-ci ildə isə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən Azərbaycan jurnalistikasının yubiley diplomu ilə təltif olunmuşdur.[5]