Zəki Dəmirkubuz

Zəki Dəmirkubuz (1 oktyabr 1964[1], İsparta[2]) — türk rejissor, ssenarist, aktyor.

Zəki Dəmirkubuz
Doğum tarixi 1 oktyabr 1964(1964-10-01)[1] (60 yaş)
Doğum yeri
Fəaliyyəti kinorejissor, film prodüseri, ssenarist, montajçı[d], kinematoqraf
Fəaliyyət illəri 1994-cü ildən
Təhsili
  • İstanbul Universitetinin Kommunikasiya Fakültəsi[d]
IMDb ID0218547
zekidemirkubuz.com

Zəki Dəmirkubuz 1964-cü ildə Türkiyənin İsparta vilayətində doğulub. Orta məktəbi bitirər-bitirməz İstanbula gəlib burada liseyə daxil olsa da, ilk semestrdən sonra təhsilini yarımçıq buraxıb fabrik və atelyelərdə işləməyə başlayıb. 1980-ci ilin 12 sentyabr çevrilişində tutulur və 3 il azadlıqdan məhrum edilir. O zaman Zəkinin cəmi 15 yaşı var idi. Həbsdə olarkən ədəbiyyatla məşğul olur. Gələcəyin rejissoru DostoyevskiAlber Kamyudan çox təsirlənir. Həbsdən çıxdıqdan sonra isə xırda alver işləri ilə məşğul olur. Əsgərliyini təxirə salmaq üçün təhsilini davam etmək qərarına gəlir. Liseydə qiyabi təhsil alıb, "İstabul Universiteti"nin Rabitə fakültəsinə daxil olur.

Kinoya gəlişi

[redaktə | mənbəni redaktə et]

1986-cı ildə böyük kinoya Zəki Ögtənə asistent olaraq gəlir, Amma kinosənətində özünü görməyən (bəlkə də görmək istəməyən) Zəki dəfələrlə seti yarımçıq tərk etmiş, yenidən alverə qayıtmışdı, Amma adaşı Zəki Ögtənin uzaqgörənliyi və saatlarca edilən söhbətlər Dəmirkubuzu yenidən setə gətirirdi. Öktendən sonra Dəmirkubuz bir neçə rejissora asistentlik edir.

1994-cü ildə ilk filmi olan C-Blok-u çəkir. 1997-ci ildə ikinci filmi Masumiyyeti təqdim edir. Film Yeşilçam Sindromunu tamamilə məhv etməyə köklənmişdi. Film "Qızıl Portağal"da mükafat qazanır. Artıq diqqəti üzərinə cəlb edən rejissor üçün qapılar açılmağa başlayır. Zəki 1999-cu ildə "Üçüncü sayfa" filmini təqdim edir. Dostoyevskinin "Cinayət və cəza"sından təsirlənən film də uğurlu alınır. Dəmirkubuz yenə tamaşaçısını sevindirir. Onlara növbəti faciə yaşadır. 2001-ci ildə isə "Qaranlıqdan hekayələr" trilogiyasınını — "İtiraf" və "Yazgı" filmləri ilə tamamlayır. Xüsusən "Yazgı" filmi rejissorun nələrə qadir olduğunu bir daha təsdiqləyir. 2003-cü ildə rejissor "Bekleme odası" aktyor kimi öz filmində çəkilir. 2006-cı ildə "Kader" filmi ilə yenidən gündəmi zəbt edir. Mükəmməl sənət əsəri kimi göstərilən film mükafatları sıralayır. 2009-cu ildə "Kıskanmak" filmini təqdim etsə də, film gözləniləni doğrultmur. 2012-ci ildə isə Zeki yenidən ustası Dostoyevskiyə qayıdır – "Yeraltı" filmi ilə, Amma filmə qarşı haqsızlıqlar nəticəsində rejissor Türkiyə festivallarını boykot edir.

İl Filmin adı Mükafatlar
1994 C-Blok 1995 Sinema Yazarları Derneği (SİYAD)

(Ən Yaxşı Rejissor və Film)

1997 Məsumiyyət(Masumiyet) 34. Antalya Altın Portakal Film Festivali (Xalq Jürisi Avni Tolunay Mükafatı)
1999 Üçüncü səhifə(Üçüncü Sayfa) 36. Antalya Altın Portakal Film Festivali (Behlül Dal Jüri Özəl Mükafatı, Ən Yaxşı Ssenari)
2001 Etiraf(İtiraf) 13. Ankara Film Festivali (Ən Yaxşı Rejissor, Mahmut Tali Öngören Özəl Mükafatı)
2001 Tale (Yazgı) 38. Antalya Altın Portakal Film Festivali (Ən Yaxşı 3-cü Film, Ən Yaxşı Rejissor)
2003 Gözləmə otağı(Bekleme odası) 40. Antalya Altın Portakal Film Festivali (Behlül Dal Juri Özəl Mükafatı)

23. İstanbul Beynəlxalq Film Festivali (Ən Yaxşı Türk Rejissor)

2006 Tale(Kader) 42. Antalya Altın Portakal Film Festivali (Ən Yaxşı Film)

12. Nürnberg Film Festivali (Ən Yaxşı Film) 25. İstanbul Beynəlxalq Film Festivali (FIPRESCI Mükafatı, Ən Yaxşı Rejissor) 18. Ankara Beynəlxalq Film Festivali (Ən Yaxşı Rejissor)

2009 Qısqanmaq(Kıskanmak) 46. Antalya Altın Portakal Film Festivali (Ən Yaxşı Aktrisa)
2012 Yer altı(Yeraltı) 2012 Dubai İnternational Film Festivali (Ən Yaxşı Film, Ən Yaxşı Aktyor)

45. Sinema Yazarları Derneği Ödülleri (Ən Yaxşı Rejissor, Ən Yaxşı Aktyor, Ən Yaxşı Tərtibat, Ən Yaxşı Köməkçi Aktrisa)

  1. 1 2 Zeki Demirkubuz // filmportal.de. 2005.
  2. 1 2 Freebase Data Dumps. Google.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]