Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə?, nə zaman?, nə vaxt? hara? nə qədər? nə üçün? nə cür? və s. suallarından birinə cavab verir.
Zərflər daha çox feilin təsriflənən formaları ilə bağlı olur. Məsələn: Maşın sürətlə gedir. Biz sabah kəndə getməliyik. Təyyarə yuxarı qalxdı. Zərflər feilin təsriflənməyən formalarına da aid ola bilir. Məsələn: Mən sakit danışmağı xoşlayıram. Ceyhun təəccüblə mənə baxaraq dedi. Ucadan danışan oğlan Toğruldur. Bu cümlələrdəki sakit, təəccüblə və ucadan zərfləri feilin təsriflənməyən formalarına – məsdər, feili bağlama və feili sifətə aiddir.
Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə zərflər bir kökdən ibarət olurlar və heç bir şəkilçi qəbul etmirlər.: tez, gec, axşam, yuxarı, sakit , aşağı, gündüz, yavaş, rahat, asta və.s
Düzəltmə zərflər kök və leksik (sözdüzəldici) şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən, aşağıdakı leksik şəkilçilərlə düzəlir:
Zərf düzəldən şəkilçilərdən -casına², -la², -ən, -ca² vurğu qəbul etmir (vurğu altına düşmür). Məsələn: dostcasına, vüqarla, qəlbən və s.
-la² şəkilçisi -nan² şəklində tələffüz olunur. Məsələn: ehtiyatla – [ehtiyatnan], təəccüblə – [tə:ccübnən] və s.
Zərf düzəldən, -ca², -caq², -da², -dan², -la² şəkilçiləri omonim şəkilçilərdir. -ca² isim (əyləncə, düşüncə) və zərf (ehmalca); -caq² isim (yelləncək) və zərf (sevincək) yaradır. -da², -dan² şəkilçiləri zərf düzəldən şəkillər və hal şəkilçisi kimi çıxış edir. Zərf düzəldən -la² şəkilçisi həm də ilə bağlayıcısının ixtisar olunmuş variantıdır.
Mürəkkəb zərflər iki sözün birləşməsi yolu ilə düzəlir. Mürəkkəb zərflərin yaranma yolları bir neçədir:
(A, ha bitişdiriciləri ilə yaranan mürəkkəb sözlər isimdir: qaçaqaç, basabas, gəlhagəl, vurhavur)
Son iki maddədə göstərilən mürəkkəb zərflər bitişik, qalanları isə defislə yazılır an, ən qəflətən, daxilən və s.
Zərfin mənaca beş növü var
Tərzi-hərəkət zərfi Hərəkətin icra tərzini bildirir, necə?, nə cür? suallarına cavab verir. Məsələn: Uşaq sakitcə oturmuşdur. Qatar yavaş-yavaş tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəhdlə vuruşdular. Şagirdlər imtahana yaxşı hazırlaşıblar və s. Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Tərzi-hərəkət zərfləri bəzən iş və hərəkətin keyfiyyəti mənasında da işlənir. Məsələn: yaxşı oxumaq, pis bilmək və s.
Yer zərfi Hərəkətin icra olunduğu yeri bildirir, hara? (haraya?), harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. Içəri cavan bir oğlan daxil oldu və s. Dilimizdə ən çox işlənən yer zərfləri bunlardır: irəli, geri, yuxarı, aşağı, yaxın, uzaq, bəri, içəri, ora, bura, sağa-sola, orada-burada və s. Bu sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada, uzaqdan, geridən, oradan və s.
Yer zərflərinin çoxu quruluşca sadədir.
Miqdar zərfi İş və hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? sualına cavab verir. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar. Müəllim bu sözü bizə dəfələrlə demişdi və s. Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox, xeyli, az-az, çox-çox, bir az, bir qədər, az-çox, birə-beş, az-maz, bir-bir, tamamilə, dəfələrlə və s.
Miqdar zərfləri quruluşca daha çox mürəkkəb olur.
Zaman zərfi. Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir və nə vaxt?, nə zaman? suallarına cavab verir. Məsələn: indi, çoxdan, dünən, bildir, birisigün, sonra, əvvəl , həmişə, tez, gec, hərdən və s
Kəmiyyət zərfi.
Kəmiyyət zərfləri feilə aid olub, hərəkətin kəmiyyətini, miqdarını bildirir: Məsələn:
Çox çalışıb, çox yanmayın. Mən az görməmişəm bu sarayları. Qüvvəti çox olar birləşən elin Bu cümlələrdə çox sözü çalışmaq, yanmaq, olmaq feillərinin, az sözü görmək feilinin ifadə etdiyi hərəkətlərin kəmiyyətini bildirir. Çox, az, xeyli sözləri, əslən saydır. İlk növbədə əşyanın kəmiyyətini bildirir. Feilin qarşısında isə zərf kimi çıxış edir.
Zərfin isim, sifət, say, ədat və qoşma ilə omonimliyi var.
Səhər, axşam, gecə sözləri həm isim, həm zərf ola bilir;
Tərzi-hərəkət zərfləri (yaxşı, pis, iti, gözəl, açıq, sıx, cəld və s.) sifətlə omonimdir;
Az, çox, xeyli, bir qədər həm say, həm zərf ola bilir;
Əvvəl, qabaq, sonra və s. həm qoşma, həm zərf olur;
Yalnız və təkcə həm ədat, həm zərf ola bilir.
Zərf cümlədə, əsasən, zərflik kimi çıxış edir və xəbərlə bağlı olur
Bəzən yer zərfi cümlədə təyin olur.
Zərf substantivləşsə, ismi xəbər, mübtəda və tamamlıq olur.
Ş. Sadıq, E. Nəcəfov, A. Əsədov. Azərbaycan dili. Dərs vəsaiti. Bakı:Çaşıoğlu, 2009.- 272 s.