Zərifə Budaqova

Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər).[1][2]

Zərifə Budaqova
Doğum tarixi 28 aprel 1929(1929-04-28)
Doğum yeri
Vəfat tarixi 10 noyabr 1989(1989-11-10) (60 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Budaq Budaqov
Atası İsmayıl Budaqov
Elm sahəsi türk dilləri
Elmi dərəcəsi filologiya elmləri doktoru (1963)
Elmi adı professor (1968)
İş yeri
Təhsili
Tanınır dilçi alim
Üzvlüyü AMEA

Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib.[1]

Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub.[1]

Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib. Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirib.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zərifə Budaqova 1953–1955-ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışmış, 1955-ci ildən 1989-cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik edib.[1]

Dilçi alim 1984–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988–1989-cu illərdə direktoru vəzifəsində çalışıb.[1]

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Budaq Budaqovun həyat yoldaşıdır.[1]

AMEA-nın müxbir üzvü Zərifə Budaqova 10 noyabr 1989-cu ildə Bakı şəhərində vəfat edib.[3]

  1. 1 2 3 4 5 6 7 8 "Budaqova Zərifə İsmayıl qızı" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. "AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın 90 illik yubileyinə" (Azərbaycan). www.anl.az. 2020-02-26 tarixində arxivləşdirilib.
  3. Зәрифә Исмајыл гызы Будагова // Коммунист. № 259 (21027). 11 нојабр 1989-ҹу ил. С. 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]