İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu

İrəvan Pedaqoji Məktəbinin 1938-ci il buraxılışı

İrəvan Azərbaycan Pedaqoji Texnikumu[1] və ya İrəvan Türk Pedaqoji Texnikumu[2]Ermənistan SSR-də fəaliyyət göstərmiş orta ixtisas məktəbi; Ermənistandakı azərbaycanlı məktəbləri üçün müəllimlər hazırlayan internat tipli tədris müəssisəsi[2].

Tarixi[redaktə | mənbəni redaktə et]

Texnikum 1924-cü ildən fəaliyyət göstərmişdir.

1930–1935-ci illərdə texnikumun 102 nəfər tələbə və müəllimləri "bəy", "xan", "mülkədar", "qolçomaq", "kulak" damğası ilə repressiyaya məruz qalmışdı.[2]

1936-cı ildən İrəvan Azərbaycan Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan elminə və maarifinə görkəmli xadimlər bəxş etmişdir.[2]

Rəhbərləri[redaktə | mənbəni redaktə et]

Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik etmişlər.[2].

Müəllimləri[redaktə | mənbəni redaktə et]

1928–1930-cu illərdə İrəvanda Pedaqoji Texnikumunda müəllim işləmiş akademik Yusif Məmmədəliyev bir sıra ünlü ziyahlara dərs demişdir.

Məzunları[redaktə | mənbəni redaktə et]

Məzunları arasından onlarla akademik, elmlər doktorları, yüzlərlə maarif fədailəri yetişmişdir[2]: Əsəd Məmmədov, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov və b.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
  2. 1 2 3 4 5 6 Elm və təhsil Arxivləşdirilib 2020-11-26 at the Wayback Machine. iravan.preslib.az  (az.)