Səfəviyyə ordeninin yaranmasından əvvəl Təvəkkül ibn İsmayıl ibn Bəzzaz tərəfindən yazılmış "Səfvət əs-Səfa" yazılı əsərində Səfəvilərin mənşəyini Xorasan Türkmeni adlandırılan Firuzşah Zərrinkolaha gedib çıxdığı qeyd edilir.[8] Alimlərə görə, o, XI əsrdə XorasandanƏrdəbilə köç etmişdir.[3] Ordenin eponimiŞeyx Səfi Firuzşahdan yeddi nəsil sonra anadan olmuşdur.[9] Səfəviyyə ordeni qurulduqdan sonra ərsəyə gətirilən yeni mətnlərdə Firuzşahın nəsil şəcərəsi 7-ci şiə imamı Musa Kazıma qədər çıxarılır.[10] Tarixçi Namiq Musalı səfəvilərin öz hökmdarlıqlarının legitimliyini əsaslandırmaqdan ötürü bu amildən geniş surətdə istifadə etdiklərini bildirmişdir.[11]
Bəzi mənbələr Firuzşahı İbrahim ibn Ədhəm övladından, digərləri isə İbrahim ibn Ədhəmin nəvələrindən olan Sultan Əhmədin tərəfdarı kimi təqdim edir. Həmçinin, mənbələrdə Firuzun Azərbaycana gəlmədən əvvəl Əli ibn Musa RzanınMəşhəddəki məqbərəsinin mühafizəçisi olduğunu bildirilir.[2] "Safvətüs-səfa"nın Süleymaniyyə kitabxanasındakı nüsxələrinin birində "İbrahim ibn Ədhəm" yerinə "Sultan Əhməd" adı işlədildiyindən bəzi araşdırmaçılar "Sultan Əhməd"i ayrı şəxs hesab etmişdir.[12] "Safvətüs-səfa"da Firuzşah birbaşa İbrahim Ədhəmlə əlaqələndirilir. Onu əsas alan İsgəndər Bəy Münşi də Firuzşahın Ərdəbilə İbrahim Ədhəm tərəfindən göndərildiyini qeyd edir.[1] Bu əsərin Oqtay Əfəndiyev və Namiq Musalı tərəfindən edilən tərcüməsində Firuzşah İbrahim Ədhəmin oğlanlarından biri kimi göstərilmişdir. Buna baxmayaraq, onların ikisi də tərcüməçilər bu iddianı əsasız qəbul etmişdir.[13]
↑ 12F. Daftary, "Intellectual Traditions in Islam", I.B.Tauris, 2001. pg 147: "But the origins of the family of Shaykh Safi al-Din go back not to Hijaz but to Kurdistan, from where, seven generations before him, Firuz Shah Zarin-kulah had migrated to Azerbaijan"
↑Barry D. Wood, The Tarikh-i Jahanara in the Chester Beatty Library: an illustrated manuscript of the "Anonymous Histories of Shah Isma'il", Islamic Gallery Project, Asian Department Victoria & Albert Museum London, Routledge, Volume 37, Number 1 / March 2004, Pp: 89 - 107.
↑Nejat Birdoğan. Anadolu ve Balkanlarda Alevi yerleşmesi: Ocaklar, Dedeler, Soyağaçları. — Alev Yayınları, 1992. — S.143.