Zair (fr. Zaire; [zaiʁ]), rəsmi olaraq Zair Respublikası (fr. République du Zaïre, [ʁepyblik dy zaiʁ]) — 1971-ci ildən 1997-ci ilə qədər Mərkəzi Afrikada, əvvəl və indi yenidən Konqo Demokratik Respublikası kimi tanınan Konqo dövləti. Zair ərazisinə görə Afrikanın üçüncü böyük ölkəsi (Sudan və Əlcəzairdən sonra) və dünyanın 11-ci böyük ölkəsi idi. 23 milyondan çox əhalisi olan Zair Afrikanın ən sıx məskunlaşılan rəsmi səviyyədən frankofon ölkəsi olmaqla yanaşı, Afrikanın ən sıx məskunlaşılan ölkə idi.
Tarixi dövlət | |||||
Zair | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Kinşasa | ||||
Dilləri | fransız dili | ||||
Rəsmi dilləri | |||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Ölkə Mobutu Sese Seko və onun hakim İnqilabi Xalq Hərəkatı Partiyası tərəfindən idarə olunan təkpartiyalı totalitar hərbi diktatura idi. Zair Belçikadan müstəqillik əldə etmək uğrunda mübarizədən – Konqo böhranından beş il sonra, yəni 1965-ci ildə Mobutunun hərbi çevrilişlə hakimiyyəti ələ keçirməsi nəticəsində qurulmuşdur. Zair güclü mərkəzçi konstitusiyaya malik idi və xarici aktivlər milliləşdirilmişdi. Bu dövr bəzən İkinci Konqo Respublikası adlandırılır.
Ölkənin adı – "Zaïre" bəzən portuqal dilində "Zaïre" adlanan Konqo çayının adından götürülmüşdür. Bu ad da öz növbəsində kikonqo dilindəki "nzere" və ya "nzadi" ("bütün çayları udan çay" sözündən törəmişdir.[1]
1979-cu ilin məlumatına görə, əhalinin təqrirbən 85%-i bantudilli xalqlar olmuşdur. Ölkənin şimal və şimal-şərqində Sudan (azande, moru-manqbetu) və Nil-səhra (alur, bari) dillərində danışılırdı. Bir necə min avropalı da yaşayırdı. Rəsmi dil fransız dili olmuşdur. Əhalinin təqribən 50%-i yerli ənənəvi dinlərini saxlamışdılar, 21%-i xristian (katolik və protestant), qalanları isə müsəlman idi.[2]
Zair rəsmi olaraq respublika olmuşdur. Ali hakimiyyət orqanı İnqilabi Xalq Hərəkatı Partiyasıdır. Partiyanın sədri eyni zamanda dövlət başçısı, İcraedici Şuranın (hökumət), Qanunverici Şuranın (parlament) Hüquq Şurasının başçısı, ali baş komandan və dövlət müdafiə komissarı olmuşdur.[2]
Doktrina əsası yaradıldıqdan qısa müddət sonra, 1967-ci ilin mayında ictimaiyyətə "N'sele manifesti" şəklində açıqlanmışdır. Milliyyətçilik, inqilab və həqiqilik "mobutizm" kimi tanınan ideologiyanın əsas mövzuları təyin edilmişdir.[3]
Milliyətçilik iqtisadi və siyasi müstəqilliyin əldə olunmasını nəzərdə tuturdu. Burada "mahiyyətcə praqmatik olan həqiqi milli inqilab" olaraq xarakterizə edilən inqilab "həm kapitalizmin, həm də kommunizmin inkarı" mənasında idi. Beləliklə, "nə sağ, nə sol" rejimin "həqiqilik" ilə yanaşı legitimləşdirici şüarlarından birinə çevrilmişdir.[4]
Mobutunun nəzarəti ələ keçirməsindən sonra ölkə sabitləşməyə başlamışdır, lakin iqtisadi vəziyyət tənəzzülə uğramağa başlamışdır. Artıq 1979-cu ilə qədər alıcılıq qabiliyyəti 1960-cı il ilə müqayisədə cəmi 4% təşkil etmişdi. 1976-cı ildən BVF onun rejiminə sabitləşdirici kreditlər verdi. Pulun çox hissəsi Mobutu və onun çevrəsi tərəfindən mənimsənilmişdir.[5]
BVF-nin nümayəndəsi Ervin Blumentalın 1982-ci il hesabatına görə, "həyəcanlı şəkildə aydın idi ki, Zairdəki korrupsioner sistem bütün pis və çirkin təzahürləri, yanlış idarə edilməsi və saxtakarlığı beynəlxalq institutların, dost hökumətlərin və kommersiya banklarının Zair iqtisadiyyatının bərpası və sağlamlaşdırılması istiqamətində olan bütün cəhdlərini məhv edəcək".[6] Blumental bildirmişdi ki, kreditorların heç vaxt kreditlərini geri əldə etmə şansı yoxdur. Bununla belə, BVF və Dünya Bankı mənimsənilmiş, oğurlanmış və ya "fil layihələrinə sərf edilmiş" pulları borc verməyə davam edirdi.[7] BVF kreditlərinin şərti kimi həyata keçirilən "struktur düzəliş proqramları" səhiyyə, təhsil və infrastruktura dəstəyi kəsmişdi.[5]
Zairin ali səviyyəli domeni ".zr" idi. O vaxtdan bəri ".cd" olaraq dəyişdirilmişdir.[8]