Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Zaur Əliyev.
Zaur Bilal oğlu Əliyev (19 sentyabr, Ağdam şəhəri) — Azərbaycan alimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.[1] Zaur Əliyevin əsas elmi tədqiat mövzusu beynəlxalq münasibətlər, Qarabağ tarixi, Azərbaycan diasporu və erməni terrorizmidir. Bu mövzulara həsr edilmiş iyirmidən artıq kitabın müəllifidir. Respublika və beynəlxalq konfransların iştirakçısıdır. Əliyev pedaqoji fəaliyyətlə də məşğuldur. O, Bakı Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan bölmələrində dərslər aparıb.
Zaur Əliyev 19 sentyabr 1976-cı ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhərinin işğal olunması ilə məcburi köçkün düşüb. 1994-cü ildə Bakı şəhərində 33 saylı məcburi köçkün məktəbini bitirib. Həmən ili Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsinə daxil olub. 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində, Beynəlxalq münasibətlər üzrə mütəxəssis, tərcüməçi referent ixtisası üzrə təhsil alıb. 1998-2000-ci ildə həmin fakültədə Beynəlxalq münasibətlər üzrə magistr ixtisasına yiyələnib. 2002-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə,Sosiologiya və Hüquq İnstitutunda siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktorantura təhsili alıb. Zaur Əliyev siyasi elmlər üzrə fəlsəfə doktorudur. 2015-ci ildə dosent elmi adını alıb.[2]
Zaur Əliyev əmək fəaliyyətinə 1998-ci ildə “Yeni Dünya” İctimai-Siyasi Qəzetində redaktor vəzifəsində başlamışdır. 2001-ci ilə qədər burada çalışmışdır. O, 2001-2002-ci illərdə “Oqtay” Təmir-Tikinti Şirkətində hüquq məsləhətçisi, 2002-2003-cü illərdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasında, icraçı katib və mətbuat xidmətinin rəhbəri olub. 2005-2006-cı illərdə Qərb Universitetində, 2006-2008-ci illərdə Azərbaycan Dillər Universietində, 2010-2011-ci illərdə “Bakı Dövlət Universietində, 2011-ci ildə Azərbaycan Turizm İnstitututunda müəllim kimi çalışmışdır. 2005-2012-ci illərdə “Praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyində PR menecer vəzifəsində işləmişdir.
2003-2016-cı ilərdə Azərbaycan Milli Elmlər Akademiyası, “ Fəlsəfə və Hüquq İnstitutu”nda böyük elmi işçi, 2020-ci ildə Azərbaycan Universitetində müəllim olub.
Zaur Əliyev 2016-2022-ci illərdə AMEA Elm Tarixi İnstitutunun elmi katibi vəzifəsində çalışıb. Azərbaycan Turizm və Menecment Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasında "Beynəlxalq münasibətlər üzrə fənn komissiyası"nın sədridir.[3]
2022-ci ilin noyabr ayından Azərbaycan Milli Elmlər Akademiyası, “ Fəlsəfə və Sosiologiya İnstitutu”nda aparıcı elmi işçi vəzisfəsində çalışır.[2]
Azərbaycan və xarici ölkələrin elmi jurnallarında 100-ə yaxın elmi məqaləsi dərc edilib.[4] Hazırda mediada müxtəlif mövzularla bağlı ekspert kimi yazılarla çıxış edir.[5][6]
Zaur Əliyev bir neçə elmi jurnalın redaksiya heyətin üzvüdür:
- Kubanın “La Revista “Universidad y Sociedad”” jurnalının redaksiya heyətin üzvü[7]
- “Revista Gênero e Interdisciplinaridade” redaksiya heyətinin üzvü[8]
- “Elm tarixi və Elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnal redaksiya heyətinin üzvü[9]
- Sosiologiya. Sosial psixologiya. Siyasət elmi araşdırmalar jurnalının redaksiya heyətinin üzvü[10]
- “Metafizika” Beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı redaksiya heyətinin üzvü[11]
- Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin nəzdində ictimai-humanitar bölmə üzrə əlaqələndirici vəzifəsini icra edir.
- Prezident, Milli Məclis, Bələdiyyə seçkilərində müşahidəçi, ictimai vəkil, PR menecer, demokratiya, insan hüquqları, seçkilər, ictimai nəzarət və s. məsələlər üzrə təlimçi, xaricdə yaşayan azərbaycanlıların milli ideologiyalarının inkişaf etməsi, Azərbaycan gəncliyinin elmə marağının artması, QHT-lərin yaranması və qrant alınması istiqamətində proqramlar və strategiya hazırlanmasında iştirak etmişdir.
- Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının strukturunu qurmaq, Nizamnaməsini yazmaq və qeydiyyatdan keçərək bütün hüquqi proseduranı aparılmasına iştirak etmişdir.
- Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının Qanuna təklif və tövsiyələr etmişdir.
- Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqına Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı monitorinq qrupunun üzvü olmuşdur.
- Milli Azlıqlarla bağlı bir sıra hesabat və layihələrin müəllifidir.
- Füzuli, Ağdam, Bakı, Sumqayıt, Gəncə, Gornaboy, Ucar, Əli-Bayramlı, Mingəçevir və digər rayonlarda müxtəlif mövzular üzrə təlimləri həyata keçirmişdir.
- İnsan alveri ilə bağlı tədqiqatların aparıb.
- BTC ƏİBK-in Azərbaycanda sosial-iqtisadi təsirləri ilə bağlı keçirilən monitorinq layihəsində ekspert kimi iştirak edib.
- Məcburi köçkünlərin pulsuz olaraq Məlumat, Məsləhət və Hüquqi Yardım layihəsində müvvəkilik işinin qurulmasında iştirakçı olub.
- "Təfəkkür", "Azərbaycan Beynəlxalq Universiteti", "Bakı Dövlət Universiteti", "Qərb Universiteti" və "Azərbaycan Dillər Universitetində" müəllim kimi fəaliyyət göstəriib.
- Amerika Birləşmiş Ştatları, Kanada, Türkiyə, Orta Asiya Respublikaları, Avropa ölkələrində nümayəndəlikləri olan beynəlxalq statuslu "TürkBirDev" (Türk Birleşik Devletleri)adlı təşkilatın Azərbaycan təmsilçisi olmub.
- İFES, Norveç Qaçqınlar Şurası, ATƏT, NOVİB, OXFAM, DAƏŞ, DAK təşkilatlarında əməkdaş kimi fəaliyyət göstərib.
- "Amerika Təhsilli Azərbaycan Məzunları" İctimai Birliyinin dörd il idarə heyətinin üzvü olub.
- Zaur Əliyev. “Beynəlxalq münasibətlərdə diasporların rolu”. Bakı: Nurlan, 2001. 150 s.
- Zaur Əliyev “Dünya diasporları” Bakı: Qismət. 2005. 349s.
- Zaur Əliyev “Diaspor: izahlı sözlük və məlumat kitabı”. 2007. “Yurd”. 376 s.[12]
- Zaur Əliyev “Bələdiyyələr üçün təlim modulu” . Tərtibçi. Bakı. 2007. 38 s.
- Zaur Əliyev . “Türkdilli Xalqların Diasporları” Bakı, “Adiloğlu” 2009. 296 s.[13]
- Türkiye'de Yaşayan Azerbaycan Türkleri. Turkiye, 2011. 392 s. Həmmüəllif
- “Azərbaycan diasporu-ensklopedik məlumatlar toplusu” Bakı, “Səs-2012 MMC” 2012. 654 s.-Həmmüəllif
- Zaur Əliyev “Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqrım” Bakı, «AVROPA»nəşriyyatı 2014. 156 s.
- Zaur Əliyev “Qarabağ: diaspor, soyqrım, teror” Bakı, 2014-AVROPA» nəşriyyatı. 450 s.
- Zaur Əliyev “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” (Azərbaycan, ingilis, rus, alman, fransız və ərəb dillərində) Bakı, 2015- AVROPA” nəşriyyatı. 98 s.
- Zaur Əliyev “Beyin axını” və Azərbaycan: elmi-sosioloji təhlil. “ “Elm və təhsil”, 2016. 116 s.[14]
- Zaur Əliyev “Şuşa, Schuscha, Шуша, Shusha, Choucha” Bakı 2017. 94 s.[15]
- Zaur Əliyev “31 mart, март, march” ,Bakı, Avropa nəşriyyatı, 2017. 116 s.
- Zaur Əliyev “Ağdam. Məhv edilmiş şəhərin tarixi” Bakı 2017. 112.
- “Zaur Əliyev İrəvan-100”. Bakı. 2018, Avropa nəşr evi. 168 s.
- Zaur Əliyev “Xocalı” (Azərbaycan, Rus, Alman, Fransız,İngilis və Ərəb dillərində ) Türkiyə, LambertAcademic Publishing; şirkəti, 2019. 109 s.[16]
- Zaur Əliyev Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər. Bakı, Elm və təhsil;, 2019. 232.[17]
- Zaur Əliyev “Qarabağ: rayon və şəhərlərin tarixi ” Bakı 2020.173 s.
- Zaur Əliyev Qondarma “erməni soyqırımı” ABŞ-Türkiyə münasibətlərində. Bakı, Elm və təhsil nəşriyyatı, 2021. 159 s.
- Zaur Əliyev “Qarabağ Zəfəri-Şuşa” Bakı 2021. 145 s.[18]
- Zaur Bilal oğlu Əliyev “Erməni milli kimlik psixologiyası və xəstəliyi “ Bakı 2022. 86 s.[19]
- Əliyev Zaur Bilal oğlu. “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər”. Bakı, 2023, 102s[20]