Zaur Həsənov — Azərbaycanlı yazıçı və altı fərqli sənədli film müəllifidir. TASİM layihəsinin direktoru olub.[1]
Zaur Həsənov | |
---|---|
Zaur Abdulla oğlu Həsənov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Azərbaycan Dövlət İqtisad Universiteti Gürcüstan İctimai Əlaqələr İnstitutu San-Xose Ştat Universiteti |
Fəaliyyəti | Rejisor, Yazıçı |
Tanınmış əsəri | “Dağlar Adamı” |
Zaur Həsənov 26 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. İlk təhsilinə 1986-cı ildə Bakı şəhəri Milli Qəhrəman ilqar Mirzəyev adına 98 saylı orta məktəbdə başlayıb. Orta təhsilini başa vurduqdan sonra 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Bakalavr təhsilini bitirərək, Gürcüstan İctimai İnstitutunda magistr dərəcəsi və San-Xose Ştat Universitetində ikinci magistr dərəcəsi alıb.
Zaur Həsənov əsasən telekommunikasiya və logistika sahələrində çalışıb.[2] O, Avrasiyanı, xüsusən də Qərbi Avropa ölkələrini Çinlə birləşdirmək məqsədi daşıyan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinin direktoru olub. Layihənin həyata keçirilməsi üzrə konsorsiuma Azərbaycanın Rabitə Nazirliyi, Türkiyənin TürkTelekom, Rusiyanın Rosletekom, Qazax Telekom və China Telecom daxildir.[3] 2016-cı ildən etibarən Bakı Limanında Baş direktorun müşaviri kimi çalışır.[4] O, Şuşa şəhərinin Dövlət Qoruğunda ictimai əlaqələr və İT departamentlərinin rəhbəri olub.[5]
Zaur Həsənov Çeçenistan və İran tarixi haqqında iki kitab yazıb. Onun ilk kitabı "Dağlar Adamı" 2015-ci ildə Böyük Britaniyada keçirilən Avrasiya Kitab Festivalında 1-ci yerə layiq görülüb. Onun Səfəvi İrani haqqında "Xalçada Gizli Sirr" adlı ikinci kitabı Moskva, Rusiyada "5-ci Roma" nəşriyyatı tərəfindən nəşr olunub, həmçinin altı sənədli filmin müəllifidir.[6] Bunlardan biri Azərbaycan neft tarixinə həsr olunub və Bakıda keçirilən 6-cı Beynəlxalq Audiovizual Festivalda xüsusi mükafat alıb.[7]