Zehniyyət tarixi

Zehniyyət tarixi fransızca histoire des mentalités qavramına əsaslanır və bu termin davranışlar tarixi, zeyniyyət və ya dünyagörüşü olaraq tərcümə oluna bilər. Termin tarixin sonrakı nəsil Annallar məktəbinin (xüsusilə kitab və oxuyub-yazmaq tarixçisi Roger Kartierin) "kritik dönüş" (tournant critique) ilə əlaqəli müəyyən bir icra yöntəmini əhatə edir. Annalın longue durée'yə (uzun dövr) olan marağı qısa dövrlük hadisələrdənsə uzun müddət davam edən hadisələri daha əhraflı tədqiq etməkdır.. Qavram bundan əlavə kültür tarixi və ya tarixi antropologiyaya bərabər ya da onun bir növü olaraq qəbul edilə bilər.

Zehniyyət tarixi ya da histoire des mentalités, müəyyən bir zamandakı insanların haqqında düşündükləri, iç-içə keçdikləri və sinifləndirildikləri özlərini əhatə edən dünyalarını tədqiq etmə yollarını öyrənməyi məqsəd kimi qəbul edən tarixi tədqiqatları təsvir etmək üçün istifadə olunan bir ifadədir. Zehniyyət tarixi müxtəlif tarix məktəblərindən bir çox tarixçi və elm adamı tərəfindən tarixi bir vasitə olaraq istifadə olunmuşdur. Xüsusilə, Annallar məktəbi tarixçiləri zehniyyət tarixini inkişaf etdirmədə və işləyəcək bir metodologiya yaratmaqda kömək etdilər. Bu metodologiyanı qurarkən özlərini müəyyən bir zaman və məkanla sərhədlədilər.[1]

Zehniyyət tarixi termininin qaynağı Annal tarixçiləri Cors Duby və Roger Kartierin əsərlərindəndir. Total tarixin tədqiqatları içində Annal tarixçiləri keçmiş nəsillərin sadə hadisə və siyasət mərkəzli tarixlərini əsas götürdülər. Maykl Harsgor Annal tarixçilərinin mübarizəsinin o dövrlərdə yazılan Marksist tarix kimi teleolojik nəticələrə əsaslanan müəyyənedici bir tarix yazmaq olmadığını bildirir. Ona görə, Annal tarixçiləri özlərini cəmiyyət strukturunun, "yəni təməl iqtisadi analizin skletinin üzərini örtən demokqrafik, kültürəl, mental və hadisənin psixolojik məlumatının" yaradılmasına özlərini həsr etmişlər.[2] Bundan əlavə Annal tarixçilərinin total tarixi yaradarkən zehniyyət tarixinin bu tarixin formalaşmasının yalnızca bir tərəfi olduğunu da diqqətə aldıqları deyilmişdir.[3] Sadə dillə demək lazım olarsa, hansı dövrü işləsələr belə, o dünyanı yenidən inşa etməyə cəhd edirdilər. Duby öz əsəri The Three Orders:Feudal Society Imagineddə və Uilyam Marşall öz əsərlərində fərdin həyatının müxtəlif yönlərini süüzən strukturların içində düşüncələrin inkişafını əsas götürmüşlər.[1]

Metodoloji içində bu inkişaf zehniyyət tarixi ilə fərdlərin dünyagörüşlərini yenidən inşa etməyə çalışan və bu tapıntılarını mikrotarix formasında bütün cəmiyyət haqqında anlam çıxartmada istifadə edən digər tarixçilər üçün böyük məna kəsb etməkdədir.[2] Bu tarixçilər daha çox Annal tarixçiləri üçün çox mühüm hala gələn geniş iqtisadi ardıcıllıqlarla deyil, zehniyyət tarixini formalaşdırmaq üçün toplumsal və kültürəl tarix ilə maraqlanaraq işləmə sahələrini daraltmışlar.[2] Karlo Ginzburqun kitabı Pendir və Qurdlar zehniyyət tarixini yadda saxlayaraq edilən mikrotarix işlərinin rəhbəridir. Ginzburq XVI əsr İtaliyasının kəndli zehniyyətini yalnız bir dəyirmançı, Menocchio olaraq da bilinən Domenico Skandellanın mübarizə qeydlərini incələyərək, qeyri-müəyyən işarələrlə və ya axımlar tapmağa çalışaraq yenidən inşa etməyə çalışmışdır.[4]

Bənzər üsullar Robert Darntonun fransız cəmiyyətinin fərqli sosial təbəqələrindəki qrupların zehniyyətlərini qurmada mikrotarixdən istifadə etdiyi Böyük pişik qətliamı kitabında da görülə bilər. Robert Darnton insanların ətraflarında gördükləri dünyanı üsulları ilə maraqlanır. Mətbəə işçilərinin küçə pişiylərini qətl etmələrini simvolik əhəmiyyətini burjuaziya duyulan və bastırılmış hisslərin bir xaricə yansıması olaraq qiymətləndirir.[5] Bənzər üsulda və zehniyyət tarixi adəti ilə də əlaqəli olaraq Robert Darnton belə bir toplumsal əhəmiyyətli insanın ətrafındakı dünya haqqındakı qənaətlərini və şərhlərini müəyyən etmək məqsədilə burjuaziyanın öz şəhərini təsvirini incələməyə bir bölüm ayırır. Darnton hadisələrin əks edildiyi üsulların eyni hadisələrin o dövrün insanları tərəfindən şərh edildiyi üsuldan fərqli ola biləcəyini göstərmək üçün bu təsvirdən istifadə edir.[5]

Bütün inkişaf tarixlərində zehniyyət tarixinə tənqidlər olmuşdur. Xüsusilə Marksist tarixçilər Annal tarixçilərini "yalnızca ağılın inkişafına ithafən və onunla birgə bəsit inanca dayanan məqalələr yayımlamağa yol aça biləcək zehniyyət əsərlərinə ümumi bir sintez içində yer vermə cəhdlərini" tənqid etmişlər.[2] Karlo Ginzburq şəxsən zehniyyət tədqiqatlarının üsullarını "açıqca sinifsiz xarakteri"nə görə tənqid etmişdir.[4]

  1. 1 2 Duby, Georges (1980). The Three Orders: Feudal Society Imagined. Chicago: University of Chicago Press.
  2. 1 2 3 4 Harsgor, Michael (January 1978). "Total History: The Annales School". Journal of Contemporary History13 (1).
  3. Hutton, Patrick (October 1981). "The History of Mentalities: The New Map of Cultural History". History and Theory 20 (3): 239.
  4. 1 2 Ginzburg, Carlo (2013). The Cheese and the Worms: The Cosmos of a Sixteenth-Century Miller. Baltimore: The Johns Hopkins University Press.
  5. 1 2 Darnton, Robert (1984). The Great Cat Massacre and Other Episodes in French Cultural History. New York: Basic Books.