Zelençuk rayonu

Zelençuk rayonu (abq. Зеленчук район, kab.-çərk. Зеленчук район / Зеленчук куей, qaraç.-balk. Зеленчук район, noq. Зеленчук район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zelençuk qəsəbəsidir.

Zelençuk rayonu
Bayraq Gerb
Bayraq Gerb

43°43′ şm. e. 41°29′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Zelençuk
Tarixi və coğrafiyası
Yaradılıb 1922
Sahəsi
  • 2.931 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 53.819 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87878
Rəsmi sayt
Zelençuk rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Urup rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 2930,72 km²-dir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə Qaraçay rayonu, qərbdə Urup rayonu, şimalda Krasnodar diyarı, Xabez rayonu.

1922-ci ildə müasir Zelençuk rayonunun ərazisi Qaraçay-Çərkəz Muxtar Vilayətinin tərkibinə daxil olur. 1926-cı ildə Qaraçay-Çərkəz Muxtar Vilayəti Qaraçay Muxtar Vilayəti və Çərkəz Milli dairəsinə (1928-ci ildən - Çərkəz Muxtar Vilayətinə) bölünür. Batalpaş rayonu Şimali Qafqaz diyarının Armavir dairəsinə verilir. 1931-ci ildə Batalpaş rayonu ləğv edildi. Onun bir neçə kənd soveti Çərkəz Muxtar Dairəsinə birləşdirildi. Qaraçay Muxtar Vilayətinə isə Zelaçuk və Kardonikski kənd sovetlikləri birləşdirilir. İspravnenski və Frolovski kənd sovetlıikləri əvvəlcə Şimali Qafqaz diyarının Otradnenski rayonuna, ardından isə Udobnenski rayonuna birləşdirilir.

1931-ci ildə Qaraçay Muxtar Vilayətinin bir hissəsi olaraq mərkəzi Zelençuk kəndi olan Zelençuk rayonu təşkil olunur. 1938-ci ildə İspravnenski və Frolovski kənd sovetlikləri Udobnenski rayonundan Çərkəz Muxtar Dairəsinin yeni yaradılan Kirovski rayonuna birləşdirilir. 1943-cü ildə Qaraçay Muxtar Vilayətinin ləğvi və qaraçayların sürgün edilməsi ilə əlaqədar Zelençuk rayonu, bütün yaşayış məntəqələri ilə birlikdə Stavropol diyarına birləşdirilir.

12 yanvar 1957-ci ildə Çərkəz Muxtar Vilayəti Stavropol diyarının bir hissəsi olaraq Qaraçay-Çərkəz Muxtar Vilayətinə çevrildi. Bu zaman Stavropol diyarının Zelençuk, Qaraçay və Ust-Cequtinski rayonları muxtar vilayətə birləşdiridi[2].


1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençuk aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu)

12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır[3]:

  • Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikubanski və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.
Milli tərkib
Xalq 2002[4] 2010[5]
ruslar 34 585 (64,7 %) 31 988 (62,24 %)
qaraçaylılar 16 452 (30,8 %) 17 026 (33,13 %)
yunanlar 371 (0,7 %) 301 (0,59 %)
ukraynalılar 438 (0,8 %) 287 (0,56 %)
ermənilər 222 (0,4 %) 257 (0,50 %)
qaraçılar 199 (0,4 %) 253 (0,49 %)
çərkəzlər 162 (0,3 %) 151 (0,29 %)
osetinlər 114 (0,2 %) 113 (0,22 %)
tatarlar 104 (0,2 %) 102 (0,20 %)
azərbaycanlılar 52 (0,1 %) 65 (0,13 %)
qumuqlar 41 (0,1 %) 59 (0,11 %)
abazinlər 53 (0,1 %) 54 (0,11 %)
kabardinlər 28 (0,1 %) 52 (0,10 %)
noqaylar 57 (0,1 %) 50 (0,10 %)
digər millətlər 536 (1,0 %) 635 (1,24 %)
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 4 883 4 829 9 712 18,76 %
15 — 59 yaş 16 869 16 158 33 027 63,78 %
60 yaşdan yuxarı 3 329 5 711 9 040 17,46 %
bildirməyənlər 1 0 1 0,002 %
ümumi 25 082 26 698 51 780 100,0 %

Kişilər — 25 082 nəf. (48,4 %). Qadınlar — 26 698 nəf. (51,6 %).

Əhalinin orta yaşı — 37,4 yaş. Kişilərin orta yaşı — 35,0 yaş. Qadınların orta yaşı — 39,7 yaş.

  1. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  2. "Сборник «Промышленность Ставропольского края в архивных документах (1945—1991 гг.)" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-26.
  3. "Об изменениях в административно-территориальном делении Ставропольского края". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
  4. Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
  5. "Итоги Всероссийской переписи населения 2010 года. Том 3. Национальный состав и владение языками, гражданство". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-15.
  6. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.