Zeytun üsyanı — Türkiyənin Qəhrəmanmaraş ilində 1780-cı ildə ermənilər tərəfindən təşkil olunmuş üsyan. Üsyanın başlanmasının səbəbi vergilər olmuşdur. Zeytun erməniləri IV Murad tərəfindən verilən fərmana əsasən 1774-cü ildən etibarən vergi ödəyirdilər. Ərazidə yaşayan ermənilər belə bir fərmanın olmadığını və vergilərin sultandan xəbərsiz toplandıqını iddia etməyə başladılar. Sultanın verdiyi fərmanla bağlı, hər hansısa məlumatın əldə olunmaması, ermənilər etirazılarına səbəb olmuşdur. Ermənilərlə danışıq aparmaq məqsədilə Maraş vilayətinə gəlmiş Ömər Paşanın ermənilər tərəfindən öldürülməsi, vəziyyəti gərginləşdirmişdir. Bu hadisədən sonra zeytun ermənilərinin yaşadıqları bir neçə kənddə 7 ay davam edəcək, ciddi rejim tətbiq olunmuşdur. Zeytun üsyanı Osmanlı imperiyasında yaşayan Osmanlı ermənilərinin ilk üsyanı hesab olunur.
Zeytun üsyanı | |
---|---|