Zeyxuroba

Xanoba (əvvəlki adı: Zeyxuroba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Yalama kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Yalama kənd inzibati ərazi dairəsi tərkibindəki Zeyxuroba kəndi Xanoba kəndi adlandırılmışdır.[2]

Xanoba
41°46′46″ şm. e. 48°33′43″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Xanoba xəritədə
Xanoba
Xanoba

Əzəldən kəndin adı Xanoba olub. 1990-cı illərdə kəndin adı dəyişdirilib Zeyxuroba qoyulmuşdur. Kənd sakinlərinin müraciərini nəzərə alaraq 2004-cü ildə kəndə Xanoba adı qaytarılmışdır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

5 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılmışdır[3].

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. Xaçmaz rayonunun Yalama-Xanoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. president.az  (az.)