Zigana — TİSAŞ tərəfindən istehsal olunan Türkiyə mənşəli tapançadır. Silah, 2001-ci ildə istehsalına başlanmış olub Türkiyənin xüsusi dizayna sahib ilk tapancalardan biridir.[1]
Zigana | |
---|---|
Tipi | Tapança |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2001 — h.h |
İstismar edənlər |
Azərbaycan Türkiyə Filippin Malayziya |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 2000 |
İstehsalçı | TİSAŞ |
Xüsusiyyətləri | |
Eni |
37 mm 33 mm (M16) |
Hündürlüyü |
139 mm 142 mm (M16) |
Ekipaj | 15 gülləlik maqazin |
Zigana silahlarında dəyişdirilmiş brouninq tipli kilidləmə sistemi ilə kilidlənmiş slayd qısa geri çəkilmə mexanizminə malikdir. Bundan əlavə, bu silahlarda avtomatik atəş pin bloku da mövcuddur.
Zigana PX-9 modeli Malayziyada Türkiyə ilə ortaq olaraq istehsal edilir.[2] Bununla yanaşı, Pakistanda bu silahın modelləri yerli emalatxanalar tərəfindən qeyri-qanuni olaraq istehsal olunur və satılır.[3]
Zigana ABŞ-yə Amerika Tactics Import şirkəti tərəfindən daşınır və FS9 və FS40 adları ilə satılır. Bundan əlavə, Zigana K və Zigana F modelləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən Zəfər, Zəfər-K və İnam adı ilə istehsal olunur.[4][5]