Makarov PM — 1948-ci ildə sovet konstruktoru Nikolay Makarov tərəfindən hazırlanmış özüdolan tapançadır. 1951-ci ildə istifadəyə verilmişdir. Sovet Silahlı Qüvvələrində və hüquq-mühafizə orqanlarında, müdafiə olunmaq üçün polisin şəxsi tabel silahı olub, düşməni yaxın məsafədən dəf etmək üçündür. Tapançadan atəş tək — tək açılır. Atəş açmaq üçün diametri 9mm olan adi və polad ürəkcikli gülləli patronlardan istfadə edilir.
Makarov PM | |
---|---|
Tipi | özüdolan tapança |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1951 – indiyədək |
İstismara başlanması | 1951 |
İstismar edənlər | Azərbaycan, Əfqanıstan, Çin, Rusiya, Ukrayna |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor |
Nikolay Makarov (ing. Nikolay Makarov) |
Konstruksiya tarixi | 1949 |
İstehsalçı | Izhevsk Mechanical Plant |
İstehsal illəri | 1951 – indiyədək |
Xüsusiyyətləri | |
Ağırlığı | Ağırlığı — 730q |
Məsafə | 50 m |
Uzunluğu | 161,5 |
Lülənin uzunluğu | 93,5 |
Eni | 29,4 |
Hündürlüyü | 126 |
Kalibr | 9 |
Effektiv məsafə | 50 m |
Nişangah | çıxarıla bilən, açıq |
Vikianbarda əlaqəli mediafayllar |
Tapançada alman konstruksiyasından alınmış bir neçə yenilik var idi. Makarov xüsusilə atış vaxtı ləngimələri praktik olaraq tamamilə aradan qaldırmağı bacardı.
PM 1991-ci ildə SSRİ-nin dağılmasından sonra silahlı və təhlükəsizlik qüvvələrinin öhtəliyində qaldı. PM həmçinin öz sadəlik və etibarlılığının sayəsində keçmiş sosializm düşərgəsinin ölkələrində istifadə olunmağa davam edir. Hal-hazırda PM-in Rusiyada, Bolqarıstanda və Çində modifikasiya olunmuş versiyaları istehsal olunur.
ABŞ-də vətəndaş atıcı silah bazarında hər şeydən əvvəl müəyyən tələbatdan və yaxşı reputasiyadan özünümüdafiə silahı kimi tamamilə münasib etibarlılıq, kiçik qabaritləri və ucuzluğu ilə seçilən silahları istifadə edir. ABŞ-də silah həvəskarları arasında ən böyük tələbat daha yüksək emal keyfiyyətinə və istehsal materiallarına görə Almaniya Demokratik Respublikasının istehsalı olan Makarov tapançalarınadır.