Ziqmund Yen

Ziqmund Yen (alm. Sigmund Werner Paul Jähn‎; 13 fevral 1937[1][2][…], Morqenröte-Rautenkrants[d], Saksoniya, Almaniya Reyxi[d][5]21 sentyabr 2019[3][4][…], Ştrausberq[d], Brandenburq, Almaniya Federativ Respublikası) — Almaniya Demokratik Respublikasının ilk və yeganə pilot-kosmonavtı, ADR-in qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı, ehtiyatda olan aviasiya general-mayoru.

Ziqmund Yen
alm. Sigmund Jähn
Doğum tarixi 13 fevral 1937(1937-02-13)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 sentyabr 2019(2019-09-21)[3][4][…] (82 yaşında)
Vəfat yeri
Uşağı 2
Təhsili
  • Frans Merinq Hərbi Akademiyası[d],
  • Otto Liliental Hərbi Akademiyası[d],
  • Qaqarin adına Hərbi Hava Qüvvələri Akademiyası[d],
  • Mərkəzi Yer Fizikası İnstitutu[d]
Fəaliyyəti kosmonavt, qırıcı təyyarə pilotu, çapçı[d], pioner dostluq lideri[d], pilot
Elmi dərəcələri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1937-ci ildə Morqenqröte-Rautenqranç qəsəbəsində taxta kəsən zavodunda çalışan fəhlənin ailəsində anadan olmuşdur. 1943-1951-ci illərdə yerli məktəbdə təhsil almış, 8-ci sinifdən Klingentalda yerləşən "Falkenşteyn Mətbəə"sində çapçı ixtisası üzrə çalışmağa başlamışdır.

1955-ci ildə ADR Milli xalq ordusunun sıralarına daxil olmuş, oradan isə onu Frans Merinq adına ali hava qüvvələri hərbi məktəbinə kursant kimi götürmüşdülər.[6] 1958-ci ildə məktəbi bitirdikdən sonra Hərbi Hava Qüvvələri sıralarına daxil olmuşdur.

1966-1970-ci illərdə Yuri Qaqarin adına hərbi-hava akademiyasında təhsil almışdır. 1976-cı ilin dekabrında üçmərhələli seçimdən sonra polkovnik-leytenant olan Ziqmund Yen "İnterkosmos" proqrammı üzrə kosmik uçuşlar hazırlığına daxil olmuşdur.

26 avqust 1978-ci ildə sovet kosmik gəmisi "Soyuz-31"-in tədqiqatçı-kosmonavtı kimi Valeri Bıkovski ilə birlikdə Salyut-6 orbit stansiyasına enmə ekspedisiyasını yerinə yetirmişdirş Enmə "Soyuz-29" kosmik gəmisində yerinə yetirilmişdir. Uçuş 7 sutka 20 saat 49 dəqiqə 4 saniyə müddətində davam etmişdir.

1983-cü ildə Potsdamda yerləşən Yerin fizikası Mərkəzi İnstitutunda elmlər doktoru dərəcəsini almışdır.

1984-cü ildə polkovnik rütbəsini almış, 1986-cı ildə isə ADR Hərbi Hava Qüvvələrinin general-mayoru rütbəsinə yüksəlmişdir.Almaniyanın birləşdirilməsinə az müddət qalmış ADR Milli xalq ordusu sıralarından ehtiyata buraxılmışdır.

Almaniyanın birləşdirilməsindən sonra 1990-1993-cü illərdə Moskvada yerləşən DLR alman kosmik agentliyinin və Avropa Kosmik agentliyinin nümayəndəsi kimi çalışmışdır. Sonralar Avropa Kosmik agentliyində kosmonavtların hazırlanması mərkəzində nümayəndə kimi çalışmışdır.

"Almaniya Demokratik Respublikasında yaşayan əziz tamaşaçılar. Mən insanın kosmosa ayaq basmasında ilk alman olmaq imkanı əldə etdiyimə görə çox şadam." ( Uçuş zamanı bu sözləri demişdir)

".... mənim gördüklərimin hamısı xoşbəxtlik idi: açıq mavi rəngdə parlayan bizim Yer kürəsi yuxudakı kimi idi.... (1998-ci ildə "SUPERillu" jurnalına verdiyi müsahibədə bu sözləri bildirmişdir."

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

"17737 Ziqmundiya" asteroidi 2001-ci ildə Ziqmund Yenin şərəfinə adlandırılmışdır.

"Qud bay, Lenin!" filmində Ziqmund Yenin personajı yer almışdır. Lakin filmdə, birləşmiş kapitalist Almaniyasında Yenin taksi sürücüsü işləməsi faktının həqiqət olub-olmaması dəqiqləşdirilmir. Ziqmund Yen özü onun obrazının filmdə istifadə olunmasına razılıq vermişdir.

Almaniyanın pop-qrupu "Die Prinzen" 1999-cu ildə "Wer ist Sigmund Jähn?" ("Ziqmund Yen kimdir") mahnısını yazmışdır.

  1. 1 2 Йен Зигмунд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 http://www.britannica.com/EBchecked/topic/1432341/Sigmund-Jahn.
  3. 1 2 Raumfahrt: Erster deutscher Raumfahrer Sigmund Jähn ist tot (alm.). ZDF.
  4. 1 2 Sigmund Jähn // Brockhauz Ensiklopediyası (alm.).
  5. 1 2 Deutsche Nationalbibliothek Record #118556533 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. "Зигмунд Йен, биография". 2009-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-11.
  7. "Указ Президента Российской Федерации от 12 апреля 2011 года № 437 «О награждении медалью „За заслуги в освоении космоса" иностранных граждан»" (PDF). 2012-02-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-11.